Kiyevdən Roma Papasının “ağ bayraq” çağırışına cavab gəldi

Ukraynanın xarici işlər naziri Dimitro Kuleba Papa Fransiskin “ağ bayraq” qaldırmaq çağırışına cavab verib.

Sherg.az xəbər verir ki, nazir Kuleba, işğaldan iki il sonra Papa Fransiskin Rusiya ilə danışıqlar masasına oturmaq çağırışını sərt şəkildə pisləyib.

Papa bildirib ki, Kiyev “ağ bayrağı qaldırmağa cəsarət göstərməlidir”.

Ukraynanın xarici işlər naziri Dimitro Kuleba sosial media hesabından "Bizim bayrağımız sarı-mavi bayraqdır. Bu, yaşadığımız, öləcəyimiz və qalib gəldiyimiz bayraqdır. Bir daha heç vaxt bayraq qaldırmayacağıq" -deyə bildirib.