Kurum söz verdi: İlk işinə başlayacaq gənclər üçün 100 min...

Cümhur İttifaqından İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) sədrliyinə namizəd Murat Kurum Beyoğlu Camiikebir məscidində təravih namazı qıldıqdan sonra Kasımpaşada tələbələri  ziyarət edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kurum onu sahura dəvət edən hüquq fakültəsinin tələbəsi Feritcan Başaranoğlunun Fatihdəki evində qonaq olub.

Kurum burada gənclərlə bir araya gələrək, seçkilərdə qərarsız qalan hüquq fakültəsinin tələbəsi Haluk Emre Günaydın ilə söhbət edib və onu seçkidə ona səs verməyə razı salıb.

Tələbə evlərinə 25 kubmetr təbii qaz və hər tələbəyə ildə 10 min lirə təqaüd verəcəyini vəd edən Kurum, gənclərə 100 min lirə sərmayə dəstəyi verəcəklərini və gənclərin öz bizneslərini qura biləcəklərini bildirib. 

Murat Kurum, "Bəlkə siz öz işinizə başlayarsınız və dostlarınız da sizi təqlid edər və onlar da biznesə başlayarlar. Biz sizə  daha yaxşı imkanlar təqdim etmək istəyirik. Birlikdə qalib gələcəyik və gənclərlə eyni məclisi quracağıq"- deyib. 

Yeni evlənən gənclərə 50 min lirə ağ əşya dəstəyi təklif edəcəklərini qeyd edən Kurum, belə davam edib:

"100 min gəncə  ofis imkanları təqdim edəcəyik və onlar orada öz bizneslərini qura biləcəklər. Kapital dəstəyi, nəqliyyat dəstəyi kimi bir çox dəstəklər verəcəyik.  Ən əsası odur ki, davamlı, daimi dəstək təmin etmək. Biz sizi istiqamətləndirici şəkildə böyüdəcəyik. Öz ruzinizi öz hesabınıza qazanarsınız".

Kurum söhbətdən sonra gənclərlə video oyunlar oynayıb və tələbələrin mətbəxinə keçərək menemen edib. Sahurdan sonra qonaqpərvərliyə görə tələbələrə təşəkkür edib.