Fransa artıq Ukrayna müharibəyə cəlb olunub və daha dərin müdaxiləyə hazırlaşır 

Moskva administrasiyası gündəmlə bağlı açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Kreml ABŞ-nin Rusiyaya qarşı gizli “təsir kampaniyası” aparmağa çalışdığını, lakin Moskvanın təhlükəsizlik xidmətlərinin onun təsirini minimuma endirmək üçün hərəkətə keçdiyini bildirib.

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalı ilə bağlı sözlərini şərh edən Peskov bildirib ki, Fransa artıq müharibəyə cəlb olunub və indi daha dərin müdaxiləyə hazır olduğuna işarə edir.

Peskov vurğulayıb ki, ABŞ və onun xüsusi xidmət orqanları hazırda Rusiyaya qarşı belə bir kampaniya aparmağa çalışır.

Makron dünənki açıqlamasında Rusiyanı iki ildir davam edən münaqişədə Kiyev qoşunlarını məğlub edəcəyi təqdirdə Ukraynada “dayanmayacaq düşmən” adlandırıb və avropalıları “zəif” olmamağa və cavab verməyə hazır olmağa çağırıb. .

Kreml ABŞ kəşfiyyat orqanlarının işinin təsirini minimuma endirmək üçün “qətiyyətli addımlar” atıldığını da açıqlayıb.