ADPU- da şəhid Araz Əmilov anılıb -FOTO

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri İncəsənət və Fiziki Tərbiyyə fakültəsində 1- ci Qarabağ Müharibəsi şəhidi , doğulduğu Qazaxda şəhidlik zirvəsinə ucalan Araz Əmilovun xatirəsinə həsr olunan tədbir keçirilib. 

"Sherg.az" ın verdiyi məlumata görə , toplantını ADU - nun Təsviri İncəsənət və Fiziki Tərbiyyə fakültəsinin dekanı Anar Fərmayılov  açaraq 1992 - ci ilin sonlarında  Qazaxda Lələkənd əməliyyatında şəhid olan Araz Əmilovun keçdiyi şərəfli döyüş yolundan danışıb. 
 Fiziki tərbiyyə və onun tədrisi texnoligiyası kafedrasının müdiri , sosialogiya üzrə fəlsəfə doktoru Telman Tağıyev Azərbaycanın İstiqlalı , ərazi bütövlütü uğrunda canından keçən hər bir qəhramanın həyatının , fəaliyyətininin ciddi təbliğ olunmasının faydalarından danışıb. A.Əmilovun baçısı Zeynəb Nəbiyeva qardaşı ilə bağlı həzin xatirələrini söyləyib , Arazın ailəsindən önçə Vətəni seçdiyini , ərazi bütövlüyümüz uğrunda ilk gündən könüllü  Milli Ordu sıralarına qatılmasından danışıb.
Tədbirdə Vətən və şəhidlərlə bağlı şeirlər də səsləndirilib.