Almaniya Qəzzaya ilk dəfə paraşütlə yardım çatdırıb

Almaniya Qəzzaya ilk dəfə paraşütlə yardım çatdırıb

Sherg.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin sosial media hesabından yayılan açıqlamada Almaniya Hərbi Hava Qüvvələrinin bu gün ilk dəfə Qəzzaya humanitar yardımı paraşütlə endirdiyi bildirilib.

Açıqlamada yardım daşıyan təyyarələrin Fransanın Evreux şəhərində yerləşdiyi qeyd edilib.

C-130 tipli təyyarə ilə daşınan 4 ton təcili ehtiyac duyulan qidanın paraşütlə Qəzzaya atıldığı bildirilib.

Müdafiə naziri Boris Pistorius , "Bu yolla, təcili ehtiyac duyulan dərman və qidanın Qəzzada çətin vəziyyətdə olan insanlara çatmasını təmin etdik" deyə vurğulayıb.

Almaniya İordaniyanın Qəzzaya hava yardımı çatdırmaq üçün başlatdığı əməliyyata qatılacağını və bu missiyanın Fransanın Evreux şəhərində C-130J Hercules nəqliyyat təyyarələri ilə həyata keçiriləcəyini açıqlayıb.