Səudiyyə Ərəbistanında "yüksək qızdırma" həyəcanı: Kral xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanının dövlət mediası kral Salman bin Əbdüləzizin "yüksək hərarət və oynaq ağrılarından" əziyyət çəkdiyini və bir aydan az müddətdə ikinci dəfə tibbi müayinədən keçəcəyini bildirib.
Sherg.az xəbər verir ki, sınaqların Ciddədəki Əl-Salam sarayındakı klinikada aparılacağı bildirilib.

Açıqlamada Kral Salmanın "yüksək hərarət və oynaq ağrılarından əziyyət çəkdiyi" ifadə edilərək, "Kralı müalicə edən tibb qrupu onun vəziyyətini müəyyən etmək və sağlamlığını təmin etmək üçün bəzi testlər keçirməyə qərar verib" deyilib.

88 yaşlı Kral Salman 2015-ci ildən taxtda olsa da, 2017-ci ildə onun oğlu, 38 yaşlı Məhəmməd bin Salman vəliəhd olub.

Monarxın səhhəti nadir hallarda müzakirə olunsa da, aprel ayında onun "standart müayinələr" üçün xəstəxanaya yerləşdirildiyi açıqlanıb.