Kral Çarlzın sərvəti üzə çıxdı: Anası Kraliça Elizabetdən daha zəngin

Kraliça Elizabetin ölümündən sonra taxta çıxan Kral Çarlzın İngiltərənin 258-ci ən varlı adamı olduğu açıqlanıb.
Sherg.az xəbər verir ki, Kral Çarlz 6 may 2023-cü ildə Westminster Abbey Kilsəsində tacqoyma mərasimi ilə rəsmi olaraq İngiltərənin monarxı oldu.

The Sunday Times Kral Çarlzın sərvətini açıqlayır. İngiltərənin ən zəngin adları siyahısına görə, Kral Çarlzın sərvəti təxminən 770 milyon dollardır.

Kralın şəxsi sərvətinin Böyük Britaniyanın 258-ci ən varlı adamı olduğu bildirilib.

75 yaşlı Kralın anası Kraliça Elizabetdən daha zəngin olduğu açıqlanıb.

2020-ci ilin sentyabrında vəfat edən 96 yaşlı Kraliçanın sərvəti 486 milyon dollar olub.