İsraildən ilk açıqlama: "Rəysinin öldüyü qəza ilə heç bir əlaqəmiz yoxdur"

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan helikopter qəzasında həlak olublar.

Sherg.az xəbər verir ki, Rəisi və 7 yüksək rütbəli iranlı məmurun helikopter qəzasında həlak olmasının əks-sədası davam edir.

Bütün dünyanın gözü İran liderinin həyatını itirdiyi qəzaya yönəldiyi halda, hadisə İsrail mətbuatında da geniş işıqlandırılıb.

İsrail mətbuatına danışan adı açıqlanmayan bir İsrail rəsmisi "Reisinin ölümü ilə heç bir əlaqəmiz yoxdur" deyib.

İran dövlət televiziyası sonuncu dəfə "Helikopterin dağ zirvəsinə çırpıldığı güman edilir" deyib.