Səlcuq Bayraktardan açıqlama: "Akıncı" İranda böyük risk aldı!

Akıncı TİHA, istiliyə həssas kameraları sayəsində İran prezidenti və heyəti ilə birlikdə helikopterin axtarışında mühüm rol oynayıb və qalıqların yerini müəyyənləşdirib. "Akıncı"nın kritik missiyasının ardından Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar CNN TÜRK-ə xüsusi açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Mövzu ilə bağlı açıqlama verən Səlcuq Bayraktar, "Dağlıq ərazidə güclü duman, yağış və külək kimi bütün mənfiliklər var idi. Buna baxmayaraq, AKINCI dağlıq yüksəkliklərdən cəmi 100 metr məsafədə  uçdu və böyük risklər aldı.
Sərhəddən təxminən 200 km aralıda olan təyyarənin qalıqlarına çox tez və qısa müddətdə çatdılar. O, dünyada heç bir təyyarənin uça bilmədiyi əlverişsiz şəraitdə işləyirdi."