Sosial Tədqiqatlar Mərkəzində “Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişafı mərhələləri" kitabının təqdimatı keçiriləcək.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzi feysbuk səhifələrində məlumat paylaşıb.
Tədbir 5 iyun tarixində Sosial Tədqiqatlar Mərkəzinin “Zəfər” zalında baş tutacaq.
Mövzu ilə bağlı “Sherg.az” Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli ilə əlaqə saxlayıb. O bildirib ki, bələdiyyəyə dair fundamenal kitab çap etmişik:
“Tədbirin mahiyyətinə bələdiyyə instutunun formalaşması, cəmiyyətdə oynadığı rolu və Azərbaycanın idarə olunmasına iqtisadi baxımından nələri verməsi daxildir. Eyni zamanda, qarşıdan bələdiyyə seçkiləri gəlir. İcra Hakimiyyətlərinin ləğvi və onun səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə, bələdiyyələrə verilməsi planlaşdırılır. Sözügedən tədbir buna dəstək kimi də dəyərləndirilə bilər”.