FETÖ-dən Baydenə məktub: Türkiyədən "şikayət" edilir


 Fətullahçı Terror Təşkilatı (FETÖ) daxilindəki çatları aradan qaldırmaq üçün ABŞ prezidenti Co Baydenə Türkiyədən şikayət məktubu yazıb. Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, məktubda Baydendən FETÖ-çü məhbusların qeyd-şərtsiz azadlığa buraxılması və işlərinə qayıtması və Türkiyə hökumətinə təzyiq göstərilməsi istənilib.

Sherg.az xəbər verir ki, bəzi ABŞ konqres üzvlərinin də yer aldığı məktub Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir göstərmək məqsədi daşıyır.

Məktubda FETÖ-çü üzvlərə qarşı “ədalətsiz siyasətlərin” aparıldığını bildirirlər.

FETÖ-yə mənsub məhbusların qeyd-şərtsiz azadlığa buraxılması və işlərinə qayıtmalarına icazə verilməsi tələb olunur.

Məktubda FETÖ üzvləri Avropa İnsan Haqları Məhkəməsinin Səlahəddin Dəmirtaş, Osman Kavala və Yüksel Yalçınkaya qərarları ilə bağlı ABŞ prezidenti Baydenə Türkiyə  hökumətinə təzyiq göstərmələri istənilib.

FETÖ üzvləri hələlik məktubu paylaşmayıb. Təşkilat məktubu paylaşmazdan əvvəl imzatoplama kampaniyası təşkil etməyə başlayıb.

FETÖ məktuba əlavə olunacaq imzaların sayını artırmaqla təşkilatın ABŞ prezidenti Bayden üzərində təsirini artırmağı hədəfləyir.

Təhlükəsizlik mənbələri məktubun 2024-cü ilin iyulunda ABŞ-da keçiriləcək və prezident Rəcəb Tayyib Ərdoğanın da qatılacağı NATO Liderlər Zirvəsi öncəsi yazıldığını da vurğulayır.

FETÖ lideri Fətullah Gülənin xəstələndikdən sonra qaçırılması iddialarının təşkilat daxilində parçalanmaya səbəb olduğu, qopmaların yaşanmağa başladığı, insanların bu üsulla fərqli yol axtarmağa başladığı dəyərləndirilib.