Özgür Özəldən Dövlət Baxçalıya cavab: Türkiyə İttifaqımıza gələ bilər


CHP sədri Özgür Özəl MHP sədri Dövlət Baxçalının "AK Partiya ilə CHP arasında geniş əsaslı ittifaq qurmaq olar" reaksiyasına cavab verib.

Sherg.az xəbər verir ki, Özəl, "Hörmətli Dövlət bəy bizə ittifaq təklif edir. Cümhur İttifaqından ayrılacaqsa, Türkiyə İttifaqımıza gələ bilər, problem yoxdur. Türk Birliyinə gəlməyin yolu çox sadədir, rənglərimiz ağ-qırmızıdır. Filenin sultanları çempion olduqda, Türk bayrağı yüksələndə duyğulanan hər kəs Türk Birliyinə qatılacaq. Bizim bundan başqa heç bir şərtimiz yoxdur”-deyib.

Ekol TV-yə açıqlama verən CHP lideri Özəl bunları deyib: "Milli komanda qol vuranda cənab Dövlət sevinirsə, gəlsin, mən də bilirəm. Danışıqlarımız Türkiyədəki təqaüdçülər və işçilər üçündür. Hazırdırsa, buyursun. Bunun üçün cənab Dövlət ittifaqımıza gələ bilər”.