
Şuşada Zirvə görüşü qardaşlığın təzahürüdür - RƏY
14:53 08.07.2024
Gündəm
552
Toplantı göstərdi ki, Türk Dövlətləri Təşkilatının və Türk dünyasının yaxşı gələcəyi var
"Şuşada keçirilən Zirvə görüşü tarixi əhəmiyyət daşıyır. Azərbaycan dövləti bütün ərazisində suverenliyini tam bərqərar etdikdən sonra keçirilən bu toplantı rəmzi məna daşıyır, türk dövlətlərinin birliyini və həmrəyliyini göstərir".
Bu barədə millət vəkili, professor Musa Qasımlı deyib. Deputat bildirib ki, toplantıda cənab Prezident qarşıda dayanan ən vacib vəzifələri də söylədi. Bildirdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin üstün istiqamətidir:

"Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, siyasi, iqtisadi və hərbi qüdrətinin artması, beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsi vəzifəsini müəyyənləşdirən Prezident İlham Əliyev bunun təbii əsaslarını da dedi. Böyük coğrafi məkanı əhatə edən üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur. Döyüş meydanlarında özünü dəfələrlə göstərən hərbi potensial, zəngin təbii ehtiyatlar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, eyni etnik köklər, ənənəvi dəyərlərə sadiqlik və s. bunun təbii təməllərini təşkil edir. Prezident çıxışında Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərini Qarabağın tacı adlandırdı. Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramının icra olunması, şəhər və kəndlərin dirçəldilməsi, bu torpaqlara həyatın qayıtması, azad edilmiş torpaqlara ilin sonuna qədər 20 min insanın qaytarılmasının planlaşdırılması işlərin sistemli şəkildə aparıldığını göstərir".
Parlament üzvü vurğulayıb ki, Prezident türk dövlətləri rəhbərlərinin azad edilmiş torpaqlara səfərlərini qardaşlığın təzahürü kimi qiymətləndirdi. Bu qardaşlığın rəmzi tikilən məktəb və yaradıcılıq mərkəzidir: "Azərbaycan dövləti Türk Dövlətləri Təşkilatının gücləndirilməsi üçün örnək olan bir addım atıb. Təşkilatın büdcəsi nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığından Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi, Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin artırılması başlıca məqsədlərdəndir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətlərinə tranzit xidmətləri göstərir. Bakı gəmiqayırma zavodunda 6 gəminin inşa edilməsi, Ələt Beynəlxalq Ticarət Limanı da həmin məqsədlərə yönəlib. Ən vacib addımlardan biri İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi olub. Qarşıdakı illərdə sərmayələrin qoyuluşu əməkdaşlığın maddi təməllərini daha da dərinləşdirəcəkdir. Türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlıq, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq mühüm vəzifələrdən biri kimi müəyyənləşdirildi. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir. Bununla da "Dəmir İpək Yolu"na yenisi əlavə edilir. Şuşa Zirvə toplantısı göstərdi ki, Türk Dövlətləri Təşkilatının və Türk dünyasının yaxşı gələcəyi vardır. Uğurlar olsun!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual