İtmiş körpə: Sağdır, yoxsa ölü, bilinmir
09:14 23.07.2024
Dünya
328
Yunanıstanda 33 il əvvəl itkin düşmüş 21 aylıq körpə Ben Needhamla bağlı yenə ümid işığı yanıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, 1991-ci ildə valideynləri körpə Benlə birlikdə İngiltərədən Yunanıstana qonaq gəliblər. Uşaq ana nənəsinin evinin arxa bağçasında oynayarkən itib. Valideynləri onu nə qədər axtarsalar da, körpəni “gördüm”, deyən olmayıb. Körpənin axtarışlarını ingilis və yunan polisi birgə aparıb. Lakin heç bir nəticə əldə etməyiblər. Körpənin cinayətkar şəbəkə tərəfindən oğurlandığı da iddia edilib. Ben Needham həyatdadırsa, indi 33 yaşı olmalıdır. Bu günlərdə isə Ben Needhamın validyenləri Danimarkadan gələcək DNT testi cavabına ümid bağlayıblar. Bildirilir ki, Danimarkada yaşayan birisi 25 il əvvəl bazara getdiyini, orada bir nəfərin ona adıyla səsləndiyini, sonra isə bir köç karvanında hərəkət etdiyini xatırlayıb. Və DNT analizi ilə ingilis köklü olduğunu araşdırmaq istəyir. Ben Needhamın anası da illər sonra yaranan bir ümidə bel bağlayaraq 33 il əvvəl Kos adasında itkin düşmüş oğlunun yolunu gözləyir. Ana DNT analizi verən danimarkalı gəncin öz oğlu olacağına ümid bəsləyir və DNT analizinin cavabını gözləyir. Danimarkalı gənc isə bildirib ki, nənə və babası ona yunan adalarından övladlığa götürüldüyünü deyiblər. Benin 51 yaşlı anası Kerri Needham oğlunun tapılmasıyla bağlı indiyədək dəfələrlə inam yarandığını, lakin yenə də ümidlərinin göyərmədiyini deyib. Ana yenə də ümidsizliyə qapılacağından ehtiyat edir, lakin yenə də gözləri yolda, qulağı səsdədir ki, itkin oğlundan nəhayət bir xəbər gələcək. 21 aylıq itkin düşmüş Benin 31 yaşında necə görünəcəyini əks etdirən süni fotosu da yayılıb. İllər əvvəlsə polis bir köprənin inşaat meydançasında qaldırıcı kranın altında qalıb əzilərək öldüyünü bildirmişdi və bu körpənin Ben Needham olduğu iddia edilirdi. Əgər ehtimal doğrudursa, o zaman DNT analizi verən danimarkalı gənc kimdir?
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm