ABŞ-dan gərginliyi azaltmağa çağırış: “Hizbullah-İsrail müharibəsi qaçılmaz deyil”

ABŞ müdafiə naziri Lloyd Austin mətbuat konfransı zamanı İsrail və Hizbullah arasında müharibənin qaçılmaz olduğuna inanmadığını bildirib. 
Sherg.az xəbər verir ki, Ostin çıxışında bəyan edib ki, Vaşinqton gərginliyi diplomatik yollarla həll etmək istəyir.

Ostin bu açıqlamaları ABŞ dövlət katibi Antoni Blinkenlə filippinli həmkarları Gilberto Teodoro və Enrike Manalo arasında təhlükəsizlik danışıqlarından sonra verib.