Rus əsgər Ukraynaya qaçdı: Putinə qarşı döyüşəcək!

Rusiya ordusunun əsgəri Ukraynaya qaçmazdan əvvəl bölməsinin bazasını partladıb.

Sherg.az xəbər verir ki, pilotsuz təyyarəni idarə edən "Gümüş" kod adlı əsgərin tərəfi dəyişməzdən əvvəl düşərgəni dağıdan görüntüləri yayımlanıb.

Kadrlarda digər əsgərlərin yatmazdan əvvəl silahlarını təmizləyərək danışdıqları görünür.

Daha sonra həmin vaxt 15-ə yaxın kişinin yaşadığı zirzəmidə yerləşən yataqxanada güclü yanğın baş verib.

Baş verən partlayışda batalyon komandirinin ağır yaralandığı bildirilib.