Azərbaycan və UNFCCC arasında Ev Sahibliyi Sazişi imzalanıb

COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil (Simon Stiell) Ev Sahibliyi Sazişi imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, bu saziş Azərbaycanın bütün tərəflərin ehtiyaclarını, prioritetlərini əks etdirən və bütün səslərin eşidiləcəyi əlçatan, əhatəli və şəffaf konfransın keçirilməsinə sadiqliyini vurğulayır.