ABŞ və Fransada Durovun həbsindən sonra teleqramın populyarlığı artıb

Messencerin həmtəsisçisi Pavel Durovun Fransada saxlanmasından sonra teleqramın populyarlığı bir neçə ölkədə, o cümlədən Fransa və ABŞ-da artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.

Məlumata görə, Fransada messencer “App Store”də yükləmələrin sayına görə sosial şəbəkələr kateqoriyasında birinci yerə yüksəlib və ümumilikdə proqramların reytinqində üçüncü olub. Teleqram Amerika “App Store”də ikinci ən çox yüklənən sosial şəbəkə proqramı olub və dünyada iOS-da messencerin endirilmə sayı 4 faiz artıb.