Nənəsi resept verdi
Nənəsinin resepti ilə sümük iliyindən məlhəm düzəldən Nəzihə Filiz Toker sahibkar qadın olaraq istehsalını daha da artırmağı qarşısına məqsəd qoyub. “Sherg.az”a “Milliyet.com.tr”yə istinadən gənc qadının uğur hekayəsini təqdim edir. Nəzihə Filiz Toker İstanbulda anadan olub. Nənəsinin hazırlayıb süfrəyə gətirdiyi və içilməsini tövsiyə etdiyi ilik bulyonu ilə böyüdüyünü xatırladıb: “O bulyonla böyüdüm və özümdə müsbət dəyişiklikləri gördükdə bu şəfa mənbəyini övladlarıma da verəcəyimə qəti əmin oldum. 10 ildən artıqdır ki, ev mətbəxində ilik sümüyü bulyonu istehsal edirəm”, söyləyən Nəzihə Filiz ilik sümüyü bulyonunu brendə çevirib artıq. İndi də ilik yağından məlhəm hazırlamağa hazırlaşır və onu şərabla birləşdirəcək. Hər zaman ənənələrə üstünlük verən ailədə böyüyən Nəzihə Filiz Tokerə bu dəyəri aşılayan şəxs onun nənəsi olub. Fransız dili və ədəbiyyatı fakültəsini bitirən gənc xanım uzun illər beynəlxalq konqres turizmində çalışıb. Taxta şpon istehsalı və ixracı ilə maraqlanıb. Bolqarıstanın Plovdiv şəhərində ilk türk simitini istehsal edən "SimitChi" brendini qurub. Düzcənin ləzzətli simitini Bolqarıstanda tanınan və sevilən brendə çevirə bilib. Yüksək gəlir gətirən brend məhsulu tərəfdaşına təhvil verərək Türkiyəyə qayıdıb. Nəzihə Filiz Toker ailə qurub və ilk övladına hamilə qalıb. O, hamiləlik dövründə körpəsini və özünü daha sağlam qidalandırmaq üçün araşdırmalara başlayıb. Xüsusən də sümük iliyi bulyonunun faydaları haqqında oxuduqca onun bu müalicəvi mənbəyə marağı daha da artıb. O, hamiləlik zamanı və hamiləlikdən sonra bədəninə lazım olan qidaları sümük iliyi suyu içməklə təmin edib. Nənəsinin də hər zaman üstünlük verdiyi bu qidanı süfrədən heç əskik etməyib. “Mən ilk olaraq nənəmin reseptindən istifadə edərək uşaqlarım üçün “Ata” içkisi hazırlamağa başladım. Bununla belə, mən uzun illər onun dadını və zülal dəyərlərini maksimum dərəcədə artırmaq üçün çox çalışmışam. Kulinariya təhsili almışam. Daha da yaxşı ilik suyu hazırlamaq üçün daim oxudum və araşdırdım və məhz bu səbəbdən xaricə səfərlər planlaşdırdım. İstər türk, istərsə də dünya tarixində necə istehsal olunduğunu və istifadə edildiyini araşdırdım. Marağım mənə həvəslə araşdırma aparmağa və inkişaf etməyə imkan verdi”, söyləyən Nəzihə Filiz Toker hər zaman təbii və ənənəvi qidalanmaya üstünlük verdiyini deyib. Sümük iliyi bulyonuna insanların böyük marağını və tələbatı gördükdə ev mətbəxində onun istehsalına başlayıb. KOSGEP Sahibkarlara dəstək layihəsi çərçivəsində sümük iliyi bulyonu istehsalını genişləndirib. Əvvəllər yalnız 50 banka bulyon ortaya çıxara bilirdisə, bu dəstək sayəsində istehsal 2 il ərzində 5 minə yüksəlib. Ev mətbəxindən yüksəliş yolu başlayan Nəzihə Filiz Toker "Türkiyə Xalqbank"ın İlin Məhsuldar Qadın Sahibkarı Mükafatına layiq görülüb. “İndi çoxları mənim brendimi tanıyır, müsbət rəy mənim ən böyük mükafatım və motivasiyam oldu. Məhsullarımız insanlara şəfa verir. İçimdə cəmiyyətin xeyrinə bir güc yarandı. İnsanların daha sağlam qidalanmasını təmin etmək, ənənəvi yeməkləri yenidən süfrələrimizə gətirmək üçün çalışıram və narkotiksiz həyatı dəstəkləyirəm. Ən böyük məqsədim insanları sümük iliyi suyu içməyi vərdişləndirmək və ənənəvi, təbii qidalarımızın yenidən süfrələrimizdə olmasını təmin etməkdir” deyən Nəzihə Filiz düzgün və təmiz qidalanmaqla zədələnmiş genetikamızı düzəldə və daha sağlam ömür yaşanacağına inanır.