
Anklav kəndlərin geri qaytarılması - ŞƏRH
13:35 07.09.2024
Siyasət
547
Bu proses ya qarşılıqlı razılıq, ya da beynəlxalq təcrübəyə müraciətlə tənzimlənə bilər
Ermənistanda “Henaket” Analitik Mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan iddia edir ki, Azərbaycan anklavlarının (Kərki, Sofulu, Bərxudarlı, Yuxarı Əskipara – red.) qaytarılmasına hazırlıq gedir. O qeyd edib ki, 4 kəndin Azərbaycana təhvil verilməsi tezliklə baş tutacaq. Aydın məsələdir ki, V.Manqasaryan məsələni öz ampluasında dəyərləndirir. Yəni onun iddiası geosiyasi və regional reallıqlarla üst-üstə düşmür. Məsələ ondadır ki, Qazaxın 4 qeyri-anklav kəndi delimitasiya və demarkasiya prosesi çərçivəsində dinc yolla Azərbaycana qaytarıldı. Bu nailiyyət ikili danışıqlar və sərhəd komissiyalarının görüşü fonunda baş tutdu. Yəni mübahisəli məqamlar diplomatik yolla həll edilərkən hərbi varianta əl atmaq Bakının maraqlarına uyğun deyil.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Azərbaycanla Ermənistan arasında mübahisəli məqamlar var. Onlardan biri də Kərki, Sofulu, Bərxudarlı və Yuxarı Əskipara kəndlərinin aqibətidir:

"Tərəflər arasında mübahisəli məsələ müzakirə edilsə də, hələlik bunun prioritet məsələ olduğunu düşünmürəm. Azərbaycan üçün daha önəmli məsələ Ermənistan konstitusiyasının və müstəqillik haqqında bəyannamənin ərazi iddiaları ehtiva edən və sülhə hüquqi maneə olacaq hissələrin dəyişdirilməsidir. Bu məsələ həll edilsə, İrəvanla Bakı arasında sülhə nail olmaq olar. Azərbaycan ilkin sülh müqaviləsi önündə başlıca maneə olan bu məsələni həll edib, anklavların taleyinə qayıtmaq istəyir. Bu zaman prosesin hansı metod və ya beynəlxalq təcrübə əsasında tənzimlənəcəyi müəyyən ediləcək. Aydın məsələdir ki, qeyri-anklav kəndlərdən fərqli olaraq anklav kəndlərin geri qaytarılması məsələsi eynilik təşkil etmir. Yəni bu proses ya qarşılıqlı razılıq, ya da beynəlxalq təcrübəyə müraciətlə tənzimlənə bilər".
Ekspert vurğulayıb ki, Manqasaryan Azərbaycanın əsas məqsədlərindən birinin Ermənistan ordusunun silahsızlaşdırılması olduğunu iddia edib: "Azərbaycanın belə bir məqsədinin olduğunu düşünmürəm. Bu kimi hallar ölkə işğalında baş verir. Məsələn, İkinci Dünya müharibəsinin sonunda Almaniya və Yaponiyanın konstitusiyalarında dəyişiklik oldu və orduları müəyyən həddə qədər məhdudlaşdırıldı. Azərbaycanla Ermənistan arasında mövcud reallıqlar fonunda Bakının belə təklifi yoxdur. Bununla belə, Ermənistanın regiona kənar gücləri gətirməsi, sərhəddə Aİ sülhməramlı missiyasının fəaliyyəti Bakını narahat edir. Bu istiqamətdə müəyyən tələblər sülh gündəliyinə salına bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm