Zaxarova Ukraynanın Rusiyaya hücumlarının səbəbini açıqlayıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Rusiyanın arxa bölgələrinə hücumlarının səbəbini açıqlayıb. 
Sherg.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Kiyevin yerdəki mövqeyi nə qədər zəif olarsa, onun terror fəaliyyətinə həvəsi bir o qədər artar”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Zaxarova əlavə edib ki, Rusiya Ukrayna pilotsuz təyyarələrinin Moskva vilayətində hücumuna müvafiq siyasi qiymət verəcək.

Bir gün əvvəl pilotsuz təyyarənin hücumunu dəf edərkən Moskva yaxınlığındakı Ramenskoye şəhərində çoxmərtəbəli yaşayış binası yanıb.