Azərbaycanın Xarici İşlər Nazirliyi Nepalda baş verən təbii fəlakətlə bağlı başsağlığı verib.
“Sherg.az” xəbər verir ki, bu barədə XİN-in X hesabında bildirilib.
“Nepalda baş verən, yüzlərlə insanın həyatına son qoyan sel və torpaq sürüşməsi xəbərindən kədərləndiyimizi bildiririk. Həlak olanların yaxınlarına başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq. Belə ağır günlərdə Nepalla həmrəyik”, - paylaşımda qeyd olunub.