Tramp: Debatda qalib gəldim, revanş olmayacaq

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə canlı televiziyada bir daha debat etməyəcəyini bəyan edərək, yarışda  irəlidə olduğunu iddia edib. 
Sherg.az xəbər verir ki, Tramp açıqlamasında deyib: "Əvvəlki iki debatda qalib gəldim. Revanş olmayacaq. Artıq gecdir, səsvermə artıq başlayıb. Son iki debatda qalib gəldim. Həm də anketlərdə öndə gedirəm və fərq getdikcə genişlənir. Bütün əsas ştatlarda öndəyəm".