Hər kəs ağac əkməsin, çünki... - AÇIQLAMA

Deputat deyir ki, sonradan ağac qulluqsuz qalır

  Azərbaycanda ağac əkmək asandır, ancaq ona qulluq etmək çətindir. Bunu deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin dünən keçirilən iclasında bildirib. O qeyd edib ki, müxtəlif qurumlar ağac əkirlər, ancaq ona qulluqla bağlı heç bir öhdəliklər götürmürlər: "Məncə, ağacların əkilməsi ilə bağlı elə bir sistem yaradılmalıdır ki, hər kəs ağac əkməsin, çünki sonradan ağac qulluqsuz qalır. Buna da insanın ürəyi yanır. Bir də ağac əkildikdən sonra Ekologiya Nazirliyinə mütləq məlumat verilsin. Əkilmiş ağac qeydiyyata alınsın".
  Deputat əlavə edib ki, bu gün Gəncədə 50 illik ağaclar var ki, heç kim onları suvarmır, qulluq etmir: "Burada söhbət həyətlərdə əkilmiş ağaclardan gedir. Hansı ki, aidiyyəti qurumlar suvarmırlar. Soruşanda deyirlər ki, bizim balansımızda deyil. Vətəndaşlar da su pullu olduğu üçün sulaya bilmirlər".