
Ekspert: Bu qərardan sonra müştəri üçün kredit almaq asanlaşacaq
11:52 23.10.2024
İqtisadiyyat
703
"Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır".
Bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı mikromaliyyə üçün innovativ həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"Bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək. Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır", - deyə o qeyd edib.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında söyləyib ki, məsafədən kreditləşmə ilə artıq müştərinin banka gəlməsinə ehtiyac qalmayacaq:

"İndiki halda kredit götürmək istəyən şəxs banka gələrək sənədləri özü imzalamalıdır. Düzü, bəzi banklar "Asan imza" ilə prossesi tətbiq edir. Lakin qaydalara uyğun tənzimlənmə yoxdur. Ümumiyyətlə AMB-nin ölkədə məsafədən kreditləşməni tənzimləməsinə səbəb xeyli problemlərin ortaya çıxmasıdır. Burada əsas şərt şəxsin eyniləşdirilməsidir. Əlavə olaraq sənəddə olan imzanın krediti götürən şəxsə məxsus olmasını sübut etmək kifayət etmir. Yaxşı olardı ki, bununla bağlı videogörüntü olsun. Bununla həmin adamın "Asan imza"-sının başqasının əlinə keçmədiyinə əmin ola bilərik. İstehlakçıların hüquqlarının müdafiəsi baxımından şərtlər elan edilməlidir. Bank əmin olmalıdır ki, müştəri şərtləri tam başa düşüb. Məsafədən kreditləşmə ilə bağlı xaricdə təcrübə var. Bu qərardan sonra müştəri üçün kredit almaq asanlaşacaq. Nəzərə almaq lazımdır ki, son zamanlar tıxac olduğu üçün bir nöqtədən başqa nöqtəyə çatmaq çox da asan deyil. Bu qayda banklar üçün də əlverişli olacaq. Onlar artıq çox işçi saxlamayacaqlar. Lakin tənzimlənmə elə qurulmalıdır ki, sonra problem çıxmasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual