Baş nazirin müavini Kanat Bozumbayev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə yaradılan Dövlət Komissiyasına rəhbərlik edəcək.
APA xəbər verir ki, təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.
"Nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan" maddəsi ilə məhkəməyə qədər istintaq başlanıb.