Suriya xarici işlər naziri Azərbaycana səfərə gələcək

Suriya xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub.

Sherg.az xəbər verir ki, bu barədə nazir müavini Yalçın Rəfiyev Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşdə deyib.

Qeyd edilib ki, Suriya xarici işlər naziri yeni qurulan münasibətlərin möhkəmləndirilməsi üçün ölkəmizə səfərə dəvət olunub.

Nazir Əş-Şibani dəvəti məmnuniyyətlə qəbul etmiş və Azərbaycan nümayəndələrini Suriyada mütəmadi şəkildə görməkdən məmnun olacaqlarını bildirib.