
Aydın Sezer: Türkiyənin Aİ-yə üzvlüyü Ərdoğanın düşündüyü qədər rahat iş deyil
13:58 07.03.2025
Dünya
520
Avropanın Ukraynaya göndərməyi düşündüyü qüvvələr arasında Türkiyənin yer alması mümkünsüzdür
Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük hədəfi olduğu kimi qalır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) təşkil etdiyi Həmfikir Ölkə Liderlərinin onlayn toplantısında deyib.
Ərdoğan Avropanın təhlükəsizliyi ilə bağlı bütün addımları Türkiyə ilə birlikdə planlaşdırmağın qarşılıqlı maraqlara xidmət etdiyini əlavə edib.
O bildirib ki, Türkiyə Aİ-nin strateji və uzaqgörən münasibət bəsləməsini və üzvlüklə bağlı müzakirələri canlandırmasını gözləyir.
Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a bildirib ki, Donald Tramp prezidentliyə gəldikdən sonra Rusiya ilə əlaqələrini düzəldib, Ukrayna məsələsində sülh sazişi imzalamaq mövzusunu gündəmə gətirdi:

“Avropa isə Trampın fikrinə şiddətlə qarşı çıxır. Bu proses daxilində Trampın Amerika və NATO-nun Avropa ölkələrinin yanında ola bilməyəcəyini söyləməsindən və avropalıların müdafiə xərclərini artırmalarının lazım olduğunu bildirməsindən sonra Avropada yeni Silahlı Qüvvələrin yaradılması fikri ortaya çıxdı. Xüsusilə də Avropa Silahlı Qüvvələrinin NATO-ya alternativ kimi düşünülməsi məsələsi müzakirə olundu. Belə olan halda Türkiyə həm Ukrayna, həm Avropa Silahlı Qüvvələri məsələsində önəmli rol oynacağını düşündüyü üçün Aİ-yə üzvlüyünü yenidən gündəmə gətirir. Lakin Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi Rəcəb Tayyib Ərdoğanın düşündüyü qədər rahat mümkün olacaq iş deyil. Ərdoğanın açıqlaması daxili və xarici siyasətə hesablanmış addımdır. Avropanın Ukraynaya göndərməyi düşündüyü qüvvələr arasında Türkiyənin yer alması mümkünsüzdür. Eyni zamanda Rusiya NATO ölkələrinin Ukraynaya əsgər göndərə bilməyəcəyini açıq şəkildə dilə gətirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət