ABŞ onlarla elektronika növünə cavab rüsumlarından istisna edib
Yusif Nəzərli
04:56 13.04.2025
Gündəm
534
ABŞ səlahiyyətliləri onlarla elektronika malı növünə qarşı tətbiq olunan cavab idxal rüsumlarını ləğv edib.
"Report" xəbər verir ki, bu barədə "The Hill" ölkənin gömrük xidmətinə istinadən məlumat yayıb.
Xidmətin təqdim etdiyi siyahıya 20-yə yaxın mal növü, o cümlədən kompüterlər, mobil telefonlar və bəzi mikroçiplər daxildir.
Nəşr qeyd edir ki, bu yolla ABŞ administrasiyası sözügedən məhsulların qiymətinin artmasının qarşısını almağa çalışır. ABŞ mediası xəbər verir bu qərar Çindən gələn mallara da aiddir
Aprelin əvvəlində ölkəsinin çoxsaylı ticarət tərəfdaşlarına cavab tarifləri elan edən ABŞ Prezidenti Donald Tramp istisnaların olacağını etiraf edib.
Eyni zamanda, "The Hill" bəzi elektronika növlərinin gələcəkdə hələ də tariflərə tabe ola biləcəyini vurğulayır. Belə ki, Tramp ABŞ-də onların istehsalını stimullaşdırmaq üçün gələcəkdə mikroçiplərə ayrıca rüsumlar tətbiq etməyi planlaşdırdığını bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Jurnalist Elnur Şükürov həbs edilib
15:05 07.11.2026
Hadisə
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb
14:37 07.11.2026
Dünya
Hərbçilərə ali rütbələr verildi - Prezidentdən SƏRƏNCAM
13:34 07.11.2026
Gündəm
İranda Ceyş əl-Ədl terror qruplaşmasının üzvü edam edilib
13:15 07.11.2026
Dünya
Zelenski gələn il Böyük Britaniyaya dövlət səfəri edəcək
13:05 07.11.2026
Dünya
Zəfər Gününün hava proqnozu açıqlandı
12:32 07.11.2026
Ekologiya
Professor Abdulla Aveydən Zəfər Günü TƏBRİKİ
12:12 07.11.2026
Aktual
Hüseyn Quliyev: Laçında kanat yolu sərnişin də daşıyacaq
11:53 07.11.2026
Qarabağ
Ürək köçürüləndən bir il sonra ölən Rəşadın həkimi danışdı
11:11 07.11.2026
Sağlamlıq
Alimlər bakteriyaları məhv edən diş fırçası hazırlayıblar
10:57 07.11.2026
Sağlamlıq
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
10:45 07.11.2026
Sosial
Tramp administrasiyada dəyişikliklər edə biləcəyini açıqlayıb
10:26 07.11.2026
Dünya
Bir gecədə 411 Ukrayna PUA-sı vuruldu
10:19 07.11.2026
Dünya