TDT-yə üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platforması təsis ediləcək
Yusif Nəzərli
07:10 12.05.2025
Siyasət
344
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Türküstan şəhərinə səfər edib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən APA-ya verilən xəbərə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti öncə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının təsis sənədinin imzalanması mərasimində iştirak edəcək.
Sözügedən sənəd Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçki idarəetmə orqanları arasında münasibətlərin daha da intensivləşdirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq.
Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstana səfər zamanı, həmçinin “Türk Dünyası: Ənənələr, Təcrübə və Seçki Sistemlərinin İnkişafı üçün Perspektivlər” mövsuzunda beynəlxalq konfransda da iştirak edəcək.
Mərkəzi Seçki Komissiyasının nümayəndə heyətinin tərkibinə Komissiya sədrinin müavini Rövzət Qasımov və Katibliyin rəhbərinin müavini Həsən Kazımzadə də daxildir.
Səfər çərçivəsində nümayəndə heyətinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki orqanlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşləri, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması da nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya
Kainatın qaydalarını pozan qara dəlik kəşf edildi
18:26 23.02.2026
Maraqlı
Hüquqşünas Müşfiq Abbasov inzibati qaydada həbs olunub
18:12 23.02.2026
Hadisə
Cevdet Yılmaz Azərbaycana səfər edəcək
18:05 23.02.2026
Siyasət
Luka Modriç karyerasını başladığı kluba qayıda bilər
17:58 23.02.2026
Futbol
Göygöl Dövlət Arxivi İdarəsinə yeni müdir təyin olundu - FOTO
17:50 23.02.2026
Cəmiyyət
Azərbaycan İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır - ŞƏRH
17:41 23.02.2026
Gündəm