Zərərçəkmiş şəxs: Ermənistan artilleriyası sanitar avtomobillərimizə atəş açırdı
Yusif Nəzərli
14:59 29.05.2025
Cəmiyyət
402
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vüqar Sultanlı Tovuz döyüşlərində, 2020-ci il iyulun 14-də şəhid olan zabitlərimiz – general-mayor Polad Həşimovun, polkovnik İlqar Mİrzəyevin və digərlərinin təxliyəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, yaxınlığa düşən düşmən mərmisinin partlayışı nəticəsində xəsarətlər aldığını bildirib.
Sherg.az xəbər verir ki, o, təxliyənin çətin olduğunu söyləyərək deyib: “Xüsusilə vurğulamaq istəyirəm ki, düşmən artilleriyası bizim sanitar avtomobillərimizə və ümumilikdə tibb işçilərinə atəş açırdı. Bu da beynəlxalq humanitar hüquq normalarına görə qadağandır və hərbi cinayət hesab olunur.
Təkcə şəhidlərimiz yox, yaralanan hərbi qulluqçularımızın da təxliyəsi zamanı bütün yollar düşmən tərəfindən aramsız mərmi və minaatan atəşinə tutulurdu.
İki sanitar avtomobilimiz sıradan çıxarıldı. Feldşer (hərbi həkim - red.) İlqar Zeynallı həmin hadisə zamanı şəhid oldu. Sürücümüz və iki sanitar heyət üzvümüz də yaralandı”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 30-da davam etdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm