Alça yedikdən sonra bunu edin
Yusif Nəzərli
17:57 30.05.2025
Sağlamlıq
332
Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər.
Axşam.az xəbər verir ki, mütəxəssislər xüsusilə turş və şəkərli qidalar, qazlı içkilər qəbul etdikdən sonra dişlərinizi fırçalamamaq barədə xəbərdarlıq ediblər.
Təzə meyvə və bəzi bitki çayları kimi sağlam qidalarla yanaşı, turşulu içkilər, turş və ya şəkərli qidalar da diş eroziyasına səbəb olur. Aparılan araşdırma nəticəsində məlum olub ki, sitrus meyvələrini gündə iki dəfədən çox istehlak edənlərin diş eroziyası riski sitrus meyvələrini tez-tez istehlak etməyənlərə nisbətən 37 dəfə daha yüksəkdir. Bundan əlavə həftədə bir dəfə və ya daha çox alma sirkəsi və ya idman içkiləri istehlak edənlər və hər gün qazlı içkilər qəbul edənlər də risk qrupundadır. Bu vərdişlər dişlərdə turşu eroziyası ehtimalını 4-10 dəfə artırır.
Peşəkarlar məsləhət görür ki, yeməkdən dərhal sonra dişlərinizi fırçalamayın. Xüsusilə turş yemək və ya içkilərdən dərhal sonra dişlərinizi fırçalamayın. Turş içkilər, idman içkiləri, qidalar, meyvələr, sitrus meyvələri diş minasını yumşaldır. Bu qidaları qəbul etdikdən dərhal sonra dişlərinizi fırçalamaq turşunun diş minasına təsirini sürətləndirə və alt təbəqəni aşındıra bilər. Çünki yemək zamanı dişlərə yapışan qalıqlar qısa müddətdə turşuya çevrilir. Yeməkdən dərhal sonra dişlərinizi fırçalamaq həmin turşunun ağızda yayılmasına səbəb olur. Beləliklə, turşu dişlərin emalı və dayanıqlılığını çox azaldır. Dişlərinizi yeməkdən 1-2 saat sonra fırçalayın, əslində ən ideal şey gecə yatmazdan əvvəl fırçalamaqdır.
Sadə həll yolu budur ki, alça və ya başqa turş qidalar qəbul etdikdən sonra ağzınızı ilıq su ilə yaxalayın. Sonra 1 stəkan su için.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya