
Oqtay Qasımov: Rusiya Azərbaycanla təzyiq dili ilə danışır, amma bu, nəticə verməyəcək
12:03 17.07.2025
Siyasət
354
Son aylarda Rusiyada müxtəlif regionlarda azərbaycanlı diaspor təşkilatları ilə əlaqəli şəxslərin və iş adamlarının həbsi halları intensivləşib. Bəzi siyasi şərhçilər hesab edirlər ki, Moskva hazırda həm daxildə iqtisadi, həm də etnik balansı nəzarətdə saxlamaq üçün belə sərt tədbirlərə əl atır.
Rusiya tərəfindən sərgilənən bu siyasət bölgədə sabitliyə deyil, qarşıdurmaya və etimad itkisinə xidmət edir. Əgər Moskva regional əməkdaşlığı və tərəfdaşlığı davam etdirmək istəyirsə, əvvəlcə müttəfiq dediyi ölkələrə qarşı bu cür düşmən yanaşmadan imtina etməlidir.

Politoloq Oqtay Qasımov Sherg.az-a deyib ki, Rusiyada azərbaycanlılara qarşı təzyiq kampaniyası davam etməkdədir:
"Sverdlovsk vilayətində “mutuvali” şifrəli risklərə istinadla bir cinayət işinin qaldırılması da bu kampaniyanın tərkib hissəsi və siyasi xarakterli addım kimi qiymətləndirilə bilər. Əslində Rusiya Azərbaycana qarşı mövqeyini dəyişmək və yumuşaltmaq barədə düşünmür. Əksinə, məsələləri daha da gərginləşdirməyə çalışır.
Əgər nəzərə alsaq ki, Rusiya Federasiya Şurasının üzvləri, o cümlədən Sergey Mironov tərəfindən səsləndirilən fikirlər və bəyanatlar da bu istiqamətdədir. Rusiya rəhbərliyi Azərbaycanla yalnız təzyiq dili ilə danışmaq niyyətindədir. Lakin bu yanaşma nəticə verəcəkmi? Münasibətlər normallaşmadığı təqdirdə bunun faydalı olacağını düşünmürəm.
Hüquqi baxımdan da burada bir yanlışın digər yanlışla əvəz olunması müşahidə olunur. Azərbaycana qarşı təzyiq siyasətinin Rusiya üçün hər hansı fayda verəcəyini zənn etmirəm. Əksinə, bu addımlar Azərbaycan cəmiyyətində anti-Rusiya meyillərini gücləndirəcək".
Analitil əlavə edib ki, necə ki, postsovet məkanının digər ölkələrində olduğu kimi, Azərbaycanda da bu cür davranışlar Rusiyanın nüfuzuna mənfi təsir göstərəcək:
"Nəticə etibarilə Kremlin bölgədəki təsir imkanlarının azalması ilə nəticələnəcək. Azərbaycanla və digər ölkələrlə normal, tərəfdaşlıq əsaslı münasibətlər qurmaq əvəzinə, onları keçmişin “asılı bölgələri” kimi görmək, təşəxxüslə yanaşmaq və imperiya təfəkkürü ilə hərəkət etmək Rusiyanın ən böyük səhvlərindən biridir. Məhz bu yanaşma Rusiyanın Cənubi Qafqazda nüfuzunun zəifləməsinə səbəb olan əsas amillərdəndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə