
SƏSSİZ GƏLİR: 3 saniyəlik testlə ürək sağlamlığınızı yoxlayın!
10:43 21.07.2025
Sağlamlıq
381
Ürək xəstəlikləri bu gün də dünyada ölümə səbəb olan əsas amil olaraq qalır. Keçmişdə əsasən yaşlı insanları təsir edən bu xəstəliklər artıq 30 yaşa qədər enib.
Sherg.az xəbər verir ki, mütəxəssislər müntəzəm həkim müayinəsi ilə yanaşı, evdə tətbiq edilə bilən sadə testlərlə də mümkün ürək problemlərinin erkən müəyyən edilə biləcəyini vurğulayır.
Diqqət çəkən 3 saniyəlik ürək testi
Ürək sağlamlığı ilə bağlı son dövrlərdə diqqət çəkən üsullardan biri, səhər yuxudan oyandıqdan dərhal sonra edilən qısa məşq testidir. "Sygenis.nature" adlı tibbi platformaya görə testin tətbiqi belədir:
Oyandığınız kimi yataqda oturun.
Hər iki qolunuzu başınızın üzərinə qaldırın.
Bu vəziyyətdə 3 saniyə qalın.
Diqqət edilməli əlamətlər:
Sinədə sıxılma hissi
Barmaqlarda keylik
Birdən gələn yorğunluq və ya başgicəllənmə
Əgər bu əlamətlərdən hər hansı biri hiss olunarsa, bu qan dövranı problemlərinin siqnalı ola bilər və mütəxəssisə müraciət olunması tövsiyə edilir.
Ürək xəstəliyinin digər səssiz əlamətləri

Mütəxəssislər bildirir ki, təkcə bu test deyil, gündəlik həyatda müşahidə edilə biləcək bəzi simptomlar da ciddiyə alınmalıdır:
Sinə ağrısı və sıxılma
Ürək damarlarının tıxanmasının ən yayğın əlaməti olan bu ağrı sinədə təzyiq, ağırlıq və ya “sanki sinənin üstündə fil oturub” hissi ilə xarakterizə olunur. Bu ağrı adətən fiziki fəaliyyət və ya stress zamanı meydana çıxır, istirahətlə keçir. Bu hal tibbdə angina adlanır.
Çənəyə, qola, boyuna yayılan ağrı
Ürək ağrısı təkcə sinə ilə məhdudlaşmaya bilər. Sol qola, çənəyə, boyuna, çiyinə, kürəyə və ya mədə üst hissəsinə yayılan ağrılar da ürəklə əlaqəli ola bilər. Bu, ürəklə həmin nahiyələrin sinir yollarının ortaq olmasından qaynaqlanır.
Nəfəs darlığı və aşırı yorğunluq
Xüsusilə fiziki güc tələb edən hallarda və ya stress altında ortaya çıxan nəfəs darlığı, ürəyin kifayət qədər oksigenli qan pompalaya bilməməsinin göstəricisi ola bilər. Hətta gündəlik fəaliyyətdə belə hiss edilən yorğunluq və halsızlıq, ürək əzələsinin zəif işləməsinə işarə edir.
Mütəxəssislər vurğulayır ki, ürək xəstəlikləri bəzən gizli şəkildə irəliləyə bilər və bu cür simptomlar mütləq diqqətə alınmalıdır. Xüsusilə gənc yaşlarda bu halların artması, ürək sağlamlığına dair maariflənmənin artırılmasını zəruri edir. Əgər bu əlamətləri hiss edirsinizsə, vaxt itirmədən kardioloqa müraciət etməyiniz həyati əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə