
Azərbaycan və Türkiyə müdafiə sənayesində güclərini birləşdirir -AÇIQLAMA
08:50 24.07.2025
Hərbi
554
İstanbulda keçirilən “İDEF 2025” – Beynəlxalq Müdafiə Sənayesi Sərgisi Azərbaycanın hərbi-sənaye sahəsində beynəlxalq əlaqələrinin genişlənməsi baxımından mühüm platformaya çevrilib.
Türkiyə ilə Azərbaycan arasında davamlı yüksək səviyyəli görüşlər, xüsusilə də "İDEF 2025" kimi mühüm beynəlxalq müdafiə sərgiləri çərçivəsində keçirilən əməkdaşlıq formatları, iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini nümayiş etdirir. Bu əməkdaşlıq təkcə hərbi və müdafiə sənayesi sahəsində deyil, ümumilikdə regional təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki,Azərbaycanın Müdafiə naziri Zakir Həsənov “İDEF 2025” çərçivəsində Türkiyənin milli müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, eləcə də aparıcı müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşlərində birgə layihələrin inkişafı, hərbi təlimlərin intensivləşdirilməsi və müasir silah sistemlərinin istehsalı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
Sərgi çərçivəsində Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair yeni memorandumun imzalanması, ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Sənəd, xüsusilə birgə istehsal, texnologiya mübadiləsi və elmi-tədqiqat sahəsində ortaq fəaliyyətləri nəzərdə tutur.
Ekspertlərin də qeyd etdiyi kimi Azərbaycan-Türkiyə hərbi tərəfdaşlığının daha da gücləndirilməsi regionda təhlükəsizliyin və sabitliyin təminatına mühüm töhfə verir.
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan arasında keçirilən yüksək səviyyəli görüşlər, birmənalı şəkildə iki qardaş ölkə arasında bütün istiqamətlər üzrə, xüsusilə də hərbi, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir.
Ekspert həmçinin qeyd edib ki,mövcud regional geosiyasi reallıqlar, artan təhdidlər fonunda keçirilən bu cür tədbirlər bir daha təsdiq edir ki, Azərbaycan və Türkiyə yalnız diplomatik deyil, eyni zamanda hərbi və təhlükəsizlik sahələrində də tam koordinasiya şəraitində fəaliyyət göstərirlər:

“Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi böyük uğurlar, təbii ki, Azərbaycanın imkanlarını və müdafiə potensialını da gücləndirir. Türkiyədə istehsal olunan istənilən silah, texniki vasitə və ya avadanlıq Azərbaycan üçün də əlçatandır. Belə görüşlərin keçirilməsi isə hər iki qardaş ölkənin Şuşa Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirir.
Ümid edirəm ki, "İDEF 2025" sərgisi çərçivəsində imzalanan qarşılıqlı niyyət protokolları və anlaşma memorandumları, yaxın gələcəkdə Türkiyənin bir çox müdafiə sənayesi şirkətinin Azərbaycanda fəaliyyət göstərməsinə geniş imkanlar yaradacaq. Türkiyənin çox sayda müdafə sənayesi nəhəngləri Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziyalar əldə edəcəklər və biz birgə sənaye müəssisələrinin stehsal etdiyi məhsulları ADEX-2026 sərgisində daha yaxından izləyəcəyik. Bu, yalnız texniki idxalı deyil, həm də yerli istehsal və təlim-tədris sahəsində əməkdaşlığı əhatə edəcək”.
Ə. Verdiyevin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında imzalanan son hərbi-texniki əməkdaşlıq sənədləri həm müdafiə sənayesinə, həm də regional təhlükəsizliyin möhkəmləndirilməsinə strateji töhfə verəcək. Azərbaycan-Türkiyə münasibətləri artıq klassik müttəfiqlik çərçivəsini aşaraq, inteqrasiya olunmuş strateji tərəfdaşlıq modelinə doğru irəliləyir. Bu model, regionda sülhün və sabitliyin əsas dayaqlarından biri olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol