Daban testi mütləq lazımdır: Erkən diaqnoz uşağın gələcəyini xilas edir
01:41 25.07.2025
Sağlamlıq
397
“Uşağınızın harda doğulmasından asılı olmayaraq (özəl, ya dövlət) mütləq "daban testi" tələb edin. Sonra da testin cavablarını tələb edin”. Bu çağırışı sosial media hesabında pediatr Vaqif Qarayev edib.
İrsi-genetik xəstəliklərin erkən aşkarlanması baxımından “daban testi”nin vacib olduğunu vurğulayan pediatr qeyd edib ki, əqli inkişaf geriliyi həddindən artıq çoxalıb, əksəriyyət də bunu autizmlə əlaqələndirir. Genetik analizlərin arealı böyükdür. Genetik xəstəliklərə biz heç nə edə bilmirik, çünki təbiət elə yaradıb. Amma daban testinin altına düşən xəstəliklərə təbabət kömək edir, tam sağalmasa da, əlil qalmır, özünü idarə edə, təhsil ala bilir və s.
Pediatr-neonatoloq Qoşqar İsmayılov da Sherg.az-a açıqlamasında qeyd edib ki, topuq testi analizi yeni doğulmuş uşaqlarda bir sıra metabolik xəstəliklərin aşkarlanması üçün edilir. Körpənin həyatının 3-7-ci günlərində reallaşdırılır:
"Bu analiz vasitəsilə uşaqlarda xəstəlik əlamətləri yaranmadan xəstəliyin diaqnozunu qoymaq mümkün olur. Erkən qoyulan diaqnoz isə əmələ gələ biləcək xəstəlik əlamətləri və onların fəsadlarının qarşısını alır. Çünki bəzi irsi metabolik xəstəliklərə sonradan diaqnoz qoyulduqda, yaxşı müalicə olunsa belə, fəsadlar qalır. Ona görə bu xəstəlikləri öncədən bilmək onun fəsadlarının yaranmasının qarşısını alır. Valideynlərə ciddi şəkildə yenidoğulmuşlara rutin olaraq topuq testi etdirmələrini tövsiyə edirəm”.
Pediatrın sözlərinə görə, "Topuq testi" ilə uşaqda əsasən hipotiroidizm ve fenilketonuriya xəstəliyinin olub-olmaması yoxlanılır. Hər ikisi anadangəlmə xəstəlikdir: “Bu analiz vasitəsilə müəyyən olunan xəstəliklərdən biri hipotiroidizimdir. Bu, qalxanvari vəzin işinin zəifləməsinə, hormonlarının çatışmazlığı ilə bağlı xəstəlikdir. Bu xəstəliklər müalicəsiz qalarsa, ağıl geriliyi, boy qısalığı, katarakt kimi ciddi problemlərə gətirə bilər.
Bu xəstəliyə erkən diaqnoz qoyularsa, 1 dərmanla müalicə olunur. Ancaq gec aşkarlanarsa, bərpa olunmayan zəka və boy problemləri yaranır. Yəni erkən diaqnoz xəstəliklərin simptomları və ağırlaşmaları yaranmadan onun qarşısını almaq və müalicə etmək üçün çox önəmlidir. Çünki sonradan qarşısını almaq olmur. Fenilketonuriya da bu test ilə aşkar edilir. Bu zaman fenilalanin hidroksilaza adlı ferment çatışmır. Qanda fenilalajin və onun metabolitleri artır. Onların artıq miqdarı beyinə toksiki təsir göstərir”.
Q.İsmayılovun sözlərinə görə, bu testin aparılmasının zərərli tərəfi yoxdur. Əksinə, çox faydalıdır. Test vasitəsilə uşaqlıqda yaranacaq əqli geriliyin qarşısı tamamilə alına bilər:
“Analiz zamanı körpənin hiss etdiyi ağrı olduqca cüzidir. Barmaqdan qan analizi almaq kimi bir prosedurdur. Topuq testi heç bir narahatlıq vermir. Valideyn övladının zehni, psixoloji, nevroloji geriliyini əvvəlcədən bilmə şansını qaçırır. Topuq testi körpə üçün bir şansdır və düşünürəm ki, analar bu şansı övladlarından almamalıdır. Düşünürəm, bu analizlərə marağın az olmasının əsas səbəbi maariflənmənin zəif olmasıdır. Özəl klinikalarda kifayət qədər baha qiymətə qeysəriyyə etdirən valideynlər üçün 50 manat verib uşağını topuq testi etdirmək problem olmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya