
SON XƏBƏRDARLIQ: Trampın səbr kasası doldu, Rusiya üçün geri sayım başladı
04:32 30.07.2025
Gündəm
265
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında razılaşma əldə olunması üçün 50 günlük müddət ayırdığını bildirmişdi. Əks halda, o, Moskva və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz ticarət rüsumları tətbiq etmək niyyətindədir. Lakin ötən gün amerikalı lider bu müddəti 10-12 günə qədər azaltdığını bəyan edib. Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə sülhə nail olmaq üçün Rusiyaya verdiyi möhləti 10-12 günə endirməsi ilə bağlı bəyanatına reaksiya verib.
Kremlin sözçüsü Dmitri Peskov rəsmi Moskvanın öz maraqlarını nəzərə almaqla, münaqişənin sülh yolu ilə həll edilməsinə fokuslandığını bildirib. Peskov Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü barədə xəbərləri şərh edərkən hazırda belə bir məsələnin müzakirə olunmadığını bəyan edib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib ki, danışıqlar masasına nə vaxt keçməyi Tramp diktə edə bilməz. Ukrayna Prezidenti V.Zelenskidən də D.Trampın Rusiya bəyanatına reaksiya gəlib. Zelenski Trampa insanların həyatının xilas edilməsinə və bu dəhşətli müharibənin dayandırılmasına diqqət yetirdiyinə görə təşəkkür edib. O bildirib ki, Trampın son bəyanatı onun qətiyyətini və bu danışıqlarda aydın mövqenin olmasını göstərir: "Ukrayna sülhə sadiq qalır və ölkələrimizi daha təhlükəsiz, güclü və firavan etmək üçün ABŞ ilə yorulmadan çalışacaq". Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl bildirib ki, Trampın təyin etdiyi vaxt bitməmiş Ukraynada daxili siyasi dəyişikliklər baş verə bilər.

Politoloq Xəyal Bəşirov Sherg.az-a deyib ki, Rusiya-Ukrayna müharibəsi fonunda çox dəhşətli mənzərə yaşanır. Analitik qeyd edib ki, artıq tərəflər açıq şəkildə bir-birinin mülki obyektlərini, sivil insanları hədəf alırlar:
"Rusiya Ukraynanın həbsxanasını vurur. Bu, müharibə qaydalarının ciddi şəkildə pozulması deməkdir. Belə məqamda Rusiya-Ukrayna arasında atəşkəs olması, danışıqların olması mühümdür. Türkiyənin vasitəçiliyi və təşəbbüsləri ilə Rusiya-Ukrayna arasında bir neçə görüş və müzakirə baş tutub. Ən azından danışıqlar prosesinin aktuallığını qoruyub saxlamaq baxımından prosesin davam etməsi təqdirəlayiqdir. İstanbulda keçirilən görüşlərin ciddi nəticələri olmasa belə, əsirlərin dəyişdirilməsi, girovların mübadiləsi, texniki məsələlərin müzakirəsi indiki məqamda ən ciddi uğurlar sayılır. Artıq ABŞ Prezidenti D.Trampın Rusiya ilə bağlı mövqeyi bəllidir. Tramp Rusiyaya verdiyi 50 gün vaxtı 12 günə endirdi. Bu dəyişiklik və şərtlərin sərtləşdirilməsi bir şeydən xəbər verir. Tramp artıq anlayır ki, Rusiya bu çağırışlardan nəticə çıxarmayacaq. 6 aydan artıqdır ki, Tramp tərəflərə bu və ya digər formada çağırış edir, zaman verir və s. Ağ Ev rəhbəri indidən bilir ki, Rusiyaya 50 günlük vaxt verməyin heç bir mənası yoxdur. Nəhayət, Tramp və onun komandası bunu anladı. Çünki getdikcə ABŞ prezidenti özü də gülünc vəziyyətinə düşür. Rusiya-Ukrayna müharibəsinin davam etməsi Trampın daxildə və xaricdə nüfuzuna ciddi zərbə vurur. Görünən odur ki, ABŞ Rusiyaya sanksiyaları sərtləşdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Metroda qatarların hərəkəti ləngiyir
17:41 29.01.2026
Hadisə
İranın daxili işlər nazirinə sanksiya tətbiq edildi
17:39 29.01.2026
Dünya
Sibiqa: Zelenski Putinlə görüşməyə hazırdır
17:34 29.01.2026
Dünya
Əbu-Dabidə Rusiya-Ukrayna danışıqları rus dilində aparılır
17:22 29.01.2026
Dünya
Əli Xamneyi Maduronun taleyini yaşaya bilər - ŞƏRH
17:19 29.01.2026
Gündəm
Prezident DGK-nin bir qrup əməkdaşını təltif edib - SƏRƏNCAM
17:11 29.01.2026
Gündəm
Ədalət Tahirzadənin yeni kitabı işıq üzü gördü
17:06 29.01.2026
Elm və Təhsil
Yaponlar ABŞ təyyarələrinin səsinə görə təzminat alacaq - 16 milyon
16:42 29.01.2026
Dünya
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya