
Astroloq: “7 və 21 sentyabr tutulmaları həyatda mühüm dəyişikliklər gətirəcək”
09:15 25.08.2025
Ekologiya
764
Tutulmalar insan həyatında həm astronomik, həm də astroloji baxımdan xüsusi əhəmiyyət daşıyan hadisələrdir. Onlar iki formada baş verir: Ay tutulması və Günəş tutulması. Ay tutulması zamanı Yer, Günəş ilə Ayın arasına keçir və Ay Günəş işığını birbaşa ala bilmir. Bu hadisə yalnız Ayın doluluq fazasında mümkündür. Astroloji mənada isə Ay tutulmaları daha çox daxili aləmə, hisslərə, duyğulara və emosional qərarlara təsir edir. Bu dövrlərdə insanlar müəyyən mövzuları geridə qoymaq, köhnə səhifələri bağlamaq və həyatlarında dönüş etmək ehtiyacı hiss edə bilirlər.
Günəş tutulması isə Ayın Yer ilə Günəş arasına keçməsi nəticəsində baş verir və yalnız yeni Ay zamanı mümkündür. Günəş tutulmaları yeni başlanğıcları, mühüm qərarları və həyat istiqamətində dəyişiklikləri simvolizə edir. Bu hadisələr gələcək planlara təsir göstərir, insanları yeni yollar seçməyə sövq edir.
Ümumilikdə, tutulmalar güclü enerji dəyişiklikləri ilə müşayiət olunur. Astroloji baxımdan onlar fərqli bürclərə müxtəlif təsir göstərir: kimisi üçün yeni fürsətlər, kimisi üçün isə köhnə vərdişləri və münasibətləri buraxmaq zərurəti yaradır. Əksər hallarda tutulmalar həyatın dönüş nöqtəsi hesab olunur – başlanğıc və sonluqların bir-birinə qarışdığı xüsusi zamanlar.
Bu ay Sentyabrda baş verəcək Ay və Günəş tutulmaları da həyatımızda məhz belə dönüş və yenilənmə enerjisini gətirəcək, fərqli bürclərə müxtəlif təsirlər göstərəcək.
Astroloq Aytən Salami Sherg.az-a bildirib ki, 2025-ci ilin Sentyabr ayı astroloji baxımdan olduqca önəmli hesab olunur:

"Bu ay ard-arda iki tutulma gerçəkləşəcək: biri Ay tutulması, digəri isə Günəş tutulması. Hər iki hadisə insanların duyğularına, qərarlarına və həyatlarında baş verəcək dəyişikliklərə təsir göstərəcək. 7 sentyabr Ay tutulması 15 dərəcə Balıq bürcündə baş verəcək. Ay tutulmaları adətən insanın daxili dünyasına, emosiyalarına, mənəviyyatına və düşüncə prosesinə işıq salır. Bu dövrdə insanlar öz həyatları ilə bağlı mühüm qərarlar vermək, müəyyən məsələləri yekunlaşdırmaq və artıq bitməsi gərəkən vəziyyətləri geridə qoymaq ehtiyacı hiss edəcəklər.
Tutulma zamanı bədən və təbiət də Ayla bağlı reaksiyalar göstərə bilər. İnsanlarda gərginlik, baş ağrısı, halsızlıq, yuxusuzluq, emosional dalğalanmalar müşahidə oluna bilər. Amma bütün bu gərginliklər, əslində, yeni başlanğıclar üçün zəruri olan “köhnəni geridə qoyma” prosesinin bir hissəsidir. Bu tutulmadan ən çox təsirlənəcək bürclər Balıq və Qız olacaq. Balıqlar üçün bu hadisə daha çox müsbət dönüşlər gətirəcək. Qızlar isə müəyyən çətinliklərdən keçərək həyatlarında vacib dəyişikliklərə addım atacaqlar. Bundan başqa, su və torpaq ünsürlü bürclər – Xərçəng, Əqrəb, Buğa və Oğlaq da bu tutulmanın enerjisini hiss edəcəklər. Xüsusilə Balıq və Qız bürcündə Günəş, Ay, Merkuri və ya digər önəmli planetləri olan şəxslər daha güclü təsir altında qalacaqlar".
Ekspert əlavə edib ki, ikinci tutulma 21 Sentyabr saat 23:54-də, 29 dərəcə Qız bürcündə baş verəcək:
"Günəş tutulmaları yeni başlanğıcları, həyatın yeni istiqamətlərini göstərir. Lakin bu dəfə tutulma 29-cu dərəcədə gerçəkləşir. Astroloji baxımdan 29 dərəcə “anaretik dərəcə” sayılır və böhranlı, həlledici, bəzən də çətin mövzuları gündəmə gətirir. Bu səbəbdən, Günəş tutulması yeni imkanlar və başlanğıclar gətirsə də, onları həyata keçirmək üçün sınaqlardan keçmək lazım olacaq. Üstəlik, bu tutulma Saturn planeti ilə zidd bucaq altında baş verəcək. Bu isə o deməkdir ki, əldə ediləcək uğurlar asanlıqla gəlməyəcək, insanlardan daha çox səbr, məsuliyyət və mübarizə tələb olunacaq. İnsanlar bu dövrdə həyatlarında böyük qərarlar vermək, yeni səhifələr açmaq istəkləri ilə qarşı-qarşıya qalacaqlar. Amma bu dəyişikliklər bəzən gözlənilməz maneələrlə müşayiət oluna bilər.
Günəş tutulmasının təsiri də əsasən Qız və Balıq bürclərinə, həmçinin su və torpaq ünsürlü bürclərə (Xərçəng, Əqrəb, Buğa, Oğlaq) daha güclü təsir göstərəcək. Beləliklə, Sentyabr ayının iki tutulması həm duyğusal, həm də praktiki sahədə insanların həyatında dönüş nöqtəsi ola bilər. Bu hadisələr bizdən daha çox daxili güc, qərarlılıq və mövcud vəziyyətləri yenidən dəyərləndirməyi tələb edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya