
Lavrovun “СССР” simvolu: Moskva imperiya ambisiyalarını simvollarla nümayiş etdirir
09:40 25.08.2025
Cənubi Qafqaz
538
SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan postsovet ölkələri öz siyasi və iqtisadi yolunu müəyyən etməyə başladı. Bu proses fonunda Rusiya çox vaxt keçmiş imperiya nüfuzunu bərpa etməyə cəhd göstərsə də, bu siyasət rəsmi sənədlərdə deyil, daha çox simvolik jestlər və bəyanatlarla müşahidə olunur. Məsələn, Rusiya xarici işlər naziri Sergey Lavrovun Alyaskada keçirilən Rusiya-ABŞ sammitinə üzərində “СССР” yazılmış sviterlə getməsi birmənalı qarşılanmadı. Lakin onun özü bunu Sovet İttifaqının bərpası istəyi kimi dəyərləndirmir. Rusiya xarici işlər naziri, Vladimir Putinin tez-tez vurğuladığı mövqeydən sitat gətirərək fikrini təsdiqləməyə çalışıb. Qeyd edib ki, "SSRİ-nin dağılmasına peşman olmayanların ürəyi, onu bərpa etmək istəyənlərin isə başı yoxdur”. Lavrov həmçinin bildirib ki, Rusiya keçmiş sovet respublikalarının hamısını müstəqil dövlət kimi tanıyıb. Bu dövlətlərin öz xarici siyasətlərini müstəqil şəkildə formalaşdırması, beynəlxalq platformalarda fəal iştirak edərək Rusiyanın təsirindən uzaqlaşmağa doğru irəliləməsi regionda yeni geosiyasi balansın formalaşdığını göstərir.
Politoloq Yusif Bağırzadə Sherg.az-a Rusiyanın SSRİ ilə bağlı mövqeyindən danışıb:

"Rusiyanın əsas qanunu olan Konstitusiyasında SSRİ-nin bərpasına dair heç bir müddəa yoxdur. Lakin zaman-zaman Rusiyada fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri, Dövlət Dumasında təmsil olunan və olunmayan siyasi partiyaların funksionerləri, eləcə də bəzi araşdırma institutlarının nümayəndələri və politoloqlar SSRİ-nin bərpası ilə bağlı fikirlər səsləndirilir. Amma qeyd etmək lazımdır ki, bu məsələ Rusiyanın dövlət siyasətində gündəmdə deyil. Sergey Lavrovun Alyaskaya, Ankoric şəhərinə səfəri zamanı SSRİ-nin emblemi olan bir geyimdə görünməsi bu fikirlərin simvolik təzahürü kimi qiymətləndirilə bilər. Üstəlik, sonradan çıxışında o, Vladimir Putinin bu məsələyə dair fikirlərinə istinad da etdi".
Politoloq Rusiyanın Ukraynadakı hərbi əməliyyatlar zamanı istifadə etdiyi texnikaların üzərində SSRİ-nin simvollarını göstərməklə imperiya ambisiyalarını nümayiş etdirdiyini bildirir:
"Bu gün də Rusiya post-sovet məkanında təsirini saxlamaq üçün müxtəlif alətlərdən-Müstəqil Dövlətlər Birliyi (MDB), Avrasiya Gömrük İttifaaqı, Avrasiya İqtisadi İttifaqı kimi qurumlardan istifadə edir. Moskva istəyir ki, beynəlxalq tədbirlərdə, BMT iclaslarında bu dövlətlər Rusiya siyasətini dəstəkləsinlər.
Belovej sazişinə əsasən Rusiya həmin dövlətlərin müstəqilliyini tanıyıb. Lakin əsas odur ki, həmin respublikaları müstəqil dövlət kimi BMT-də, beynəlxalq dövlətlər də, ictimaiyyərlər də tanıyıb. Hər zaman biz Rusiyanın bu və ya digər xarici siyasətində bu cür imperiya ambisiyalarının şahidi oluruq".
Müsahibimiz mütəmadi olaraq Azərbaycanın, Özbəkistanın, Qazaxıstanın, Türkmənistanın, Qırğızıstanın və digər dövlətlərin bu və ya digər beynəlxalq qurumlarda təmsil olunduqlarını söyləyib:
"Əgər NATO, Avropa İttifaqı olmasaydı belə, Qoşulmama təşkilatı var. Azərbaycan 2 dəfə onun rəhbəri olub, gələn il də Özbəkistan həmin qruma rəhbər olacaq. Bu respublikalar xarici siyasətlərini özləri müəyyən edirlər, türk dövlətlərinin birliyində də təmsil olunurlar. Artıq köhnə post-sovet respublikalarının Rusiyanın təsir dairəsindən çıxma prosesi gedir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya