
Sülh çətin görünür: Ukrayna və Rusiya güzəştə getməyə hazır deyil
11:55 25.08.2025
Aktual
669
Samir Hümbətov: Müharibənin sonu üçün tərəflərdən biri məğlub olmalıdır
Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralında başlayan müharibə artıq dörd ilə yaxın müddətdir davam edir. Bu müddət ərzində tərəflər arasında nə siyasi, nə də hərbi cəhətdən ciddi bir irəliləyiş əldə olunub. Münaqişənin yaxın aylarda sona çatacağına dair müxtəlif beynəlxalq dairələrdən nikbin açıqlamalar səslənsə də, real vəziyyət bu ehtimalları şübhə altına alır. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “NBC News” telekanalına verdiyi müsahibədə Ukraynadakı müharibənin altı ay ərzində həll olunacağına ümid etdiyini bildirsə də, bu, daha çox siyasi mesaj xarakteri daşıyır. Çünki mövcud reallıqda tərəflərdən heç biri güzəştə getməyə hazır görünmür.
Sülh danışıqları uzun müddətdir dalana dirənib. Ukrayna işğal olunmuş ərazilərdən imtina etməyə razı deyil, Rusiya isə nəzarətində olan torpaqları geri qaytarmaq niyyətində görünmür. Belə vəziyyətdə münaqişənin həlli yalnız güc balansının dəyişməsi və ya beynəlxalq güclərin daha açıq və qəti mövqe nümayiş etdirməsi ilə mümkün ola bilər.
Politoloq Samir Hümbətov Sherg.az-a Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı açıqlama verib:

"Bu bir neçə gün və ya ay ərzində həll olunacaq məsələ deyil. Hər nə qədər "6 aya bitə bilər" deyilsə də, artıq müharibənin başlamasından dörd ilə yaxın vaxt keçir. Əgər bu prosesin 2026-cı ilin fevralına qədər bitməsi hədəflənirsə, bunun baş verməsi üçün yalnız bir yol görünür: tərəflərdən birinin tam və aydın şəkildə məğlubiyyətə uğraması. Ancaq indiki şəraitdə bu real görünmür. Sülh prosesi olduqca çətin və mürəkkəbdir. Belə bir nəticənin baş verməsi üçün ya Ukrayna işğal olunmuş ərazilərindən imtina edib Rusiya ilə sülh razılaşması imzalamalıdır, ya da Rusiya işğal etdiyi əraziləri geri qaytarmalıdır. Hər iki variant da real görünmür. Rusiya əgər geri çəkilərsə, bu, təkcə Vladimir Putinin hakimiyyətinin sonu deyil, eyni zamanda Rusiyanın daxilində ciddi siyasi və sosial qarşıdurmalarla nəticələnə bilər".
Politoloq hazırkı reallıq fonunda müharibənin davam edəcəyini söyləyib:
"Tərəflərin qarşılıqlı razılığa gəlməsi qısa müddətdə mümkün görünmür. Amma iqtisadi sanksiyalar və beynəlxalq təzyiqlər dərinləşdikcə vəziyyət dəyişə bilər. Hərçənd, faktiki olaraq Rusiya Qərblə münasibətlərində ciddi izolyasiyaya məruz qalsa da, Çin, Hindistan, Afrika və digər Asiya ölkələri ilə əməkdaşlığını davam etdirir. Yəni tam izolyasiya olunmuş vəziyyətdə deyil".
Müsahibimizin müharibənin sona çatması üçün ya Rusiyanın, ya da Ukraynanın çox ciddi şəkildə zəifləməli və ya tükənməli olduğunu qeyd edib:
"Alternativ olaraq, Qərb ölkələri tərəflərdən birinə həlledici dəstək verməlidirlər. Hazırkı mərhələdə isə Qərb üçün daha mümkün və sərfəli görünən yol müharibəni uzatmaq və Rusiya üzərində uzunmüddətli strateji təzyiqi davam etdirməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya