
Qazaxıstan və Azərbaycan üçün təkpalatalı parlament daha effektlidir - TƏHLİL
13:41 08.09.2025
Aktual
745
İkipalatalı parlament Şərq ölkələrinə uyğun deyil
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə parlament islahatının aparılmasını və indiki ikipalatalı parlamentin əvəzinə birpalatalı parlamentin yaradılmasını təklif edib. O, Qazaxıstan xalqına illik müraciətində bildirib. Prezident deyib ki, yaxın gələcəkdə birpalatalı parlamentin yaradılması təklifi ilə çıxış edəcək:
"Bu, çox ciddi məsələdir və onun həllində tələskənlik tamamilə yersizdir. Bu islahat vətəndaş sektorunda, ekspert icmasında və parlamentdə hərtərəfli müzakirə obyektinə çevrilməlidir". Tokayev qeyd edib ki, belə bir parlament yalnız partiya siyahıları ilə seçilməlidir: "Qazaxıstanda birpalatalı parlamentin yaradılması məsələsi Konstitusiyaya dəyişiklik edilməsi üçün referendumla həll olunmalıdır, bu, 2027-ci ildə baş verə bilər".

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a deyib ki, ikipalatalı parlament qanunvericiliklə bağlı prosesləri bir qədər mürəkkəbləşdirir. Ekspert qeyd edib ki, ikipalatalı parlament sistemi ümumən əlavə dövlət nəzarəti imkanları yaratsa da, şəffaflıq məsələlərinə əlavə töhfələr versə də, prosedurlar çox çətin olur:
"Hər hansı qanun layihəsi əvvəlcə aşağı, sonra yuxarı palatadan keçməlidir. Bu, əlavə əngəllər törətməklə yanaşı, həm də xeyli vaxt aparır. Kağız-kuğuz işi, sənədləşmə və s. ümumi prosesi gecikdirir. O baxımdan birpalatalı parlament daha effektlidir. Üstəlik, nəzərə almalıyıq ki, Qazaxıstan da Azərbaycan kimi Şərq ölkəsidir, türk dövlətidir. Şərq və türk ölkələrində bürokratiya, kağız-kuğuz işlərinə meyl çox olmayıb. Tarixən bizlərdə bir qurultay olub, hamı ora toplaşıb və bütün məsələlər birdəfəyə yerindəcə həll edilib. İkipalatalı parlament bizim xarakterimizə, milli kimliyimizə əslində o qədər də uyğun deyil".
A.Həsrətin qənaətincə, ABŞ-də, Avropa ölkələrində bu metod effektiv ola bilər:
"ABŞ yığma ölkədir, müxtəlif millətlərin nümayəndələri fərqli dövrlərdə orada məskunlaşıblar. Əgər ABŞ-də birpalatalı parlament olarsa və üzərində hansısa təsir qrupu nəzarəti ələ keçirərsə, o zaman təkcə bir tərəfin maraq və mənafeləri təmsil edilmiş olar. O cür ölkələrdə ikipalatalı parlament işə yarayır. Amma Azərbaycan və Qazaxıstan kimi ölkələrdə buna ehtiyac yoxdur. Qazaxıstan artıq milliləşib. Sovetlər dağılanda əhalisinin 46 faizi rus, 46 faizi qazax idisə, bugün 70 faizdən çox əhali qazaxlardır. Başqa türk xalqları ilə birlikdə əhalinin 80-85 faizə yaxını türklərdir. Qazaxıstanda birmənalı dövlət marağı, mövqeyi ola bilər. O səbəbdən əlavə bürokratiyadan qurtulmaq üçün təkpalatalı sistemə keçidi uyğun yanaşma hesab edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
16:07 09.07.2026
Siyasət
NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur
15:54 09.07.2026
Gündəm
“Jiquli”nin baqajında daşınan ətlər: İqtisadçıdan XƏBƏRDARLIQ
15:50 09.07.2026
Sağlamlıq
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:50 09.07.2026
Dünya
AZAL sərnişin daşımalarını 5% artırıb
15:42 09.07.2026
Aktual
14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
15:18 09.07.2026
Elm və Təhsil
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə
Limonadlı qəhvə yeni trendə çevrilir
12:33 09.07.2026
Sağlamlıq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33 09.07.2026
Dünya