Rəsmi Ankara: Bundan sonra da fələstinli qardaşlarımızın yanında olacağıq
19:07 13.10.2025
Region
397
Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq arenada təcrübəsini və liderliyini bir daha nümayiş etdirib.
Teleqraf xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
"Bu gün Qəzzada atəşkəs razılaşması ilə bağlı Misirdə Niyyət Bəyannaməsi imzalandı.
Razılaşma Qəzzada davamlı atəşkəsin təmin olunması, bölgədə sülh və sabitliyin bərqərar olunmasına yönəlmiş diplomatik səylərin mühüm bir dönüş nöqtəsidir.
Cənab Prezidentimiz zirvə çərçivəsində keçirdiyi görüşlərdə Türkiyənin sülh, ədalət və humanitar dəyərlərə əsaslanan qətiyyətli mövqeyini bir daha ortaya qoydu; davamlı sülhün təmin olunması üçün iki dövlətli həllin əhəmiyyətini vurğuladı".
Rəsmi Ankara bəyan edir ki, Türkiyə ilk gündən etibarən Ərdoğanın liderliyi altında İsrailin Qəzzaya qarşı həyata keçirdiyi soyqırımınım sona çatması, mülki əhalinin qorunması və humanitar yardımların fasiləsiz şəkildə çatdırılması üçün intensiv diplomatik fəaliyyət göstərir.
"Türkiyə Qəzzanın, yaralarının sarılması və fələstinli qardaşlarımızın əmin-amanlıq içində gələcəyə baxa bilməsi üçün məsuliyyət daşımağa davam edəcək; zülmə qarşı, ədalətin tərəfində olacağıq",-deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm