Bir əsrlik mesaj: İki əsgərin şüşədəki məktubu 109 il sonra tapıldı
10:30 29.10.2025
Maraqlı
563
Birinci Dünya Müharibəsinə yollanan iki avstraliyalı əsgərin yazıb şüşəyə qoyduqları məktublar 109 il sonra dəniz sahilinə çıxıb.
Sherg.az xəbər verir ki, Avstraliyanın qərb sahilində, Birinci Dünya Müharibəsi zamanı Fransa cəbhələrinə doğru yola düşən iki əsgərin yazdığı məktubların yerləşdiyi şüşə, bir əsrdən çox müddət sonra təsadüfən aşkar edilib.
Qərbi Avstraliya əyalətinin Esperance şəhəri yaxınlığındakı Wharton çimərliyində gəzintiyə çıxan Brovn ailəsi, sahili təmizləyərkən şüşə bir qab tapıb. Şüşənin içərisindən 15 avqust 1916-cı il tarixli, karandaşla yazılmış iki məktub çıxıb.
Məktublar müharibəyə gedən gəmidə yazılıb
Məktubların müəllifləri, HMAT A70 Ballarat adlı hərbi gəmi ilə Cənubi Avstraliyadan Avropaya yola düşən 27 yaşlı əsgər Malkolm Nevill və 37 yaşlı əsgər Uilyam Xarli olub.
İki əsgərin səyahətin ilk günlərində yazdıqları qeydlərdə şən və nikbin ifadələr işlədildiyi görünür.
“Hazırda çox yaxşıyıq, ümid ediri ki, bu qeydi tapan da yaxşıdır”
Nevill, anası Robertina Nevillə ünvanladığı məktubunda, “çox yaxşı vaxt keçirdiklərini, yeməklərin olduqca dadlı olduğunu, yalnız bir yeməyi dənizə atmaq məcburiyyətində qaldıqlarını” yazıb.
Gənc əsgər əlavə edib:
“Gəmi yellənir, amma biz xoşbəxtik.”
Xarli isə məktubunda belə yazıb:
“Hazırda çox yaxşıyıq, ümid edirik ki, bu qeydi tapan şəxs də yaxşıdır.”
Cəbhədə həyatını itirdi
Nevill bir il sonra cəbhədə həlak olub. Xarli isə iki dəfə yaralansa da, müharibədən sağ çıxmağı bacarıb. Lakin o, 1934-cü ildə Almaniyanın səngərlərdə istifadə etdiyi zəhərli qazlara məruz qalmasının yaratdığı xərçəng xəstəliyi səbəbilə Adelaida şəhərində dünyasını dəyişib.
Şüşə illərlə qum altında qalıb
Brovn ailəsi hesab edir ki, şüşə dənizdə uzun müddət sürüklənməyib, əksinə qum təpələrinin altında basdırılmış vəziyyətdə qalıb.
Son aylarda bölgədə baş verən sahil eroziyası nəticəsində şüşənin yenidən səthə çıxdığı güman edilir.
Məktublar yüz ili necə dözdü?
Şüşəni tapan Deb Brovn bildirib:
“Şüşə hələ də tam şəffaf idi, üzərində bir dəniz canlısının izi belə yox idi. Əgər yüz ildən çox günəş altında qalsaydı, kağız oxunmaz vəziyyətə düşərdi.”
Nevill və Xarlinin ailələri ilə əlaqə saxlayan Brovn, məktubların nəvə və nəticələrdə dərin duyğusal təsir yaratdığını deyib.
Xarlinin nəvəsi Ann Törner isə bu sözlərlə hisslərini bölüşüb:
“Bu, həqiqətən möcüzə kimidir. Elə bil babamız məzarından bizə səsləndi.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya