
ABŞ-nin Azərbaycana təklifi etimaddan irəli gəlir - ANALİTİK
14:02 30.10.2025
Siyasət
689
Samir Hümbətov: “Qəzza zolağına sülhməramlı missiya Azərbaycan üçün faydalı olarsa, nəzərdən keçirilə bilər”
Yaxın Şərqdə, xüsusilə də Qəzza zolağında baş verən gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Davam edən humanitar böhran və təhlükəsizlik riskləri fonunda bölgəyə sülhməramlı missiyanın göndərilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülür.
Bu kontekstdə Azərbaycanın da mümkün iştirakı məsələsi gündəmə gəlib. Məlumata görə, ABŞ Azərbaycana müraciət edərək, Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi məqsədilə yaradılması nəzərdə tutulan beynəlxalq missiyaya qoşulmasını xahiş edib. Bu barədə "AnewZ" öz mənbələrinə istinadla məlumat yayıb. Bildirilir ki, rəsmi Bakı hələ yekun qərar qəbul etməyib və məsələ hazırda müzakirə mərhələsindədir.
Mənbənin məlumatına əsasən, Azərbaycanın mövqeyi aydındır: hər hansı iştirak yalnız beynəlxalq legitimliyi təmin edən və aydın mandatı müəyyən edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanacağı təqdirdə mümkün ola bilər.

Politoloq Samir Hümbətov Sherg.az-a açıqlamasında bildirib ki, əgər Qəzza zolağına təhlükəsizlik məqsədi ilə sülhməramlı missiya göndəriləcəksə, bu missiya orada yekun sülhün təmin olunmasına, təhlükəsizliyin bərpasına və hər iki tərəfə fayda verməyə xidmət edəcəksə, Azərbaycan dövləti bu məsələni nəzərdən keçirə bilər:
"Təbii ki, yekun qərar bütün müzakirələr aparıldıqdan, risklər, üstünlüklər və çatışmazlıqlar tam şəkildə qiymətləndirildikdən sonra veriləcəkdir.
Eyni zamanda burada Azərbaycan dövlətinin milli maraqları məsələsi də əsas yer tutur. Azərbaycan dövlətinin maraqları nəyi tələb edəcəksə, qərar da məhz ona uyğun şəkildə veriləcək".
Ekspert ABŞ-nin bu təklifi irəli sürməsinin Azərbaycana olan etimaddan və rəsmi Bakının beynəlxalq təhlükəsizliyə verdiyi töhfədən irəli gəldiyini qeyd edib:
"Buna görə Azərbaycan dövlətinin bu məsələyə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq baxması və münasibət bildirməsi tamamilə beynəlxalq hüquqa söykənən bir addımdır. Əgər Azərbaycanın milli maraqları da beynəlxalq hüququn bu istiqaməti ilə üst-üstə düşürsə, bu halda qərarın həmin çərçivədə dəyərləndirilməsi tam məntiqlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya