
Toğrul İsmayıl: PKK-nın könüllü tərksilahı ehtimalı zəifdir
17:34 03.11.2025
Dünya
427
İraq Xarici İşlər naziri Fuad Hüseynin PKK-ya tərksilah çağırışı regionda yeni geosiyasi dinamikanın formalaşdığını göstərir. Bu bəyanat Bağdadın Ankara ilə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətinin bir təzahürü kimi dəyərləndirilə bilər. Fuad Hüseyn Türkiyədən çıxaraq ölkənin şimalına çəkilən Kürdüstan Fəhlə Partiyası (PKK) üzvlərini tərksilah olunmağa çağırıb. PKK Ankara ilə aparılan danışıqlardan sonra iyul ayında döyüşçülərini Türkiyədən çıxarıb və simvolik mərasimlə Şimali İraqda silahlarını yerə qoymağa başlayıb. Hüseynin sözlərinə görə, PKK-nın silahlı ünsürləri hazırda Şimali İraqda, xüsusən Sincar və Mahmur bölgələrində qalır. O, Bağdadda türkiyəli həmkarı Hakan Fidan ilə birgə keçirdiyi mətbuat konfransında Türkiyə ilə PKK arasındakı razılaşmanı dəstəklədiklərini vurğulayıb.
Eyni zamanda, Hakan Fidan bəyan edib ki, yalnız PKK-nın deyil, onun Suriya və İraq qollarının da tərksilahı vacibdir. Bu yanaşma Ankaranın PKK-nı regional miqyasda tamamilə zərərsizləşdirmək strategiyasının tərkib hissəsi kimi hesab oluna bilər. Lakin İraq hökumətinin PKK-nın nəzarətində olan bölgələrdə məhdud təsir imkanları bu çağırışın nəticələrini sual altında qoyur.
Türkiyə politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl Sherg.az-a açıqlamasında İraq XİN rəhbəri Fuad Hüseynin PKK-ya tərksilah çağırışının Bağdadın Ankara ilə təhlükəsizlik əməkdaşlığını gücləndirmə cəhdi olduğunu söyləyib:

"Lakin bu çağırışın praktik təsiri məhduddur, çünki İraq hökuməti PKK-nın Şimal bölgələrində xüsusi ilə də Sincar və Mahmurda real nəzarətə malik deyil. Türkiyə Hakan Fidanın da qeyd etdiyi kimi, təkcə PKK-nın deyil, onun İraq və Suriya qollarının da tərksilahını tələb edir. Bu, Ankaranın PKK-nı regional miqyasda bitirmə strategiyasının bir hissəsidir.
Zənnimcə, PKK-nın könüllü tərksilahı ehtimalı zəifdir. Həm ideoloji səbəblər, həm də Suriya qolu YPG/PYD-nin hələ də Qərb dəstəyindən qismən faydalanması prosesi ləngidir".
Professor bildirib ki, əgər tərksilah baş verməzsə, Türkiyə böyük ehtimalla İraq və Suriyanın şimalında əməliyyatlarını genişləndirəcək və Bağdadla birgə sərhəd təhlükəsizliyi mexanizmini aktivləşdirəcək:
"Nəticə etibarilə, PKK-nın regional hərbi mövqeləri mərhələli şəkildə daralacaq, Ankara isə siyasi və hərbi üstünlüyünü möhkəmləndirəcək".
Banuçiçək Kalbalıyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya