Zaxarovanın sözünə görə səfir XİN-ə çağırıldı
15:18 04.11.2025
Dünya
406
Rusiyanın İtaliyadakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf xəbər verir ki, buna səbəb Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “İtaliya Ukraynaya dəstəyini davam etdirsə, dağılacaq” bəyanatı olub.
Zaxarova Roma şəhərindəki Conti qülləsinin uçmasından sonra öz Teleqram kanalında yazıb ki, İtaliya öz vergi ödəyiciləri hesabına Ukraynaya milyardlarla avro xərcləyir:
“İtaliya hökuməti vergi ödəyicilərinin pullarını mənasız yerə sərf etdiyi müddətcə, İtaliya tamamilə çökməklə üzləşəcək - iqtisadiyyatdan tutmuş qüllələrə qədər”.
İtaliyanın xarici işlər naziri Antonio Tacani bu sözləri “kobud və qəbuledilməz” adlandırıb.
“Bir faciə baş verəndə, dağıntılar altında qalan insanlar və zərərçəkən işçilərin hesabına manipulyasiya etmək olmaz. Biz heç vaxt belə etməmişik, hətta Rusiyada faciələr yaşananda da, biz hər zaman həmrəylik nümayiş etdirmişik”.
Qeyd edək ki, Roma şəhərindəki Conti qülləsi noyabrın 3-də günorta saatlarında qismən uçub. Hadisə binada təmir işləri aparılan zaman baş verib və içəridə dörd işçi olub. Onlardan biri dağıntılar altında qalıb və xilasedicilər onu yalnız bir neçə saatdan sonra çıxara biliblər. İşçi daha sonra xəstəxanada vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya