
NATO-nun yükü ədalətli bölünməlidir- Analitik
09:16 05.11.2025
Dünya
413
Trampın təzyiqləri ilə Almaniya və Yaponiya hərbi büdcələrini artırır
Tarix təkrarlana bilər, Almaniya və Yaponiyanın hərbi gücü balansı poza bilər
ABŞ Prezidenti Donald Trampın son açıqlamaları yenidən qlobal siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Tramp bir daha NATO ölkələrinin müdafiə xərclərini artırmamasını tənqid edib. ABŞ rəhbəri hətta bu səbəbdən İspaniyanın Alyansdan çıxarılmasının vacibliyindən danışıb: "İspaniya kifayət qədər yüksək hərbi xərclər ayırmır, bəlkə də, onları NATO-dan qovmaq lazımdır". Ekspertlərin fikrincə, Trampın harayı ABŞ-nin uzun illərdir daşıdığı ağır hərbi yükə qarşı etirazdır. Amerika onilliklərdir Avropanın təhlükəsizliyini təmin edən əsas qüvvə kimi çıxış edir. Vaşinqtonun hərbi büdcəsi və qlobal resursları, NATO-nun fəaliyyətinin dayanıqlılığını təmin edən əsas dayaqlardandır. Lakin bu, həm də ABŞ üçün ciddi iqtisadi və siyasi yükdür. Avropa ölkələri uzun illərdir öz təhlükəsizliklərini təmin etməkdə Vaşinqtona həddən artıq güvəniblər, nəticədə isə hərbi baxımdan ondan asılı vəziyyətə düşüblər.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, D.Trampın hazırkı ritorikası bir tərəfdən, bu asılılığı azaltmağa, digər tərəfdən, Avropanı daha məsuliyyətli mövqeyə gətirməyə hesablanıb. Ekspert hesab edir ki, Tramp NATO-nun kollektiv müdafiə mexanizminin ədalətli şəkildə bölüşdürülməsini istəyir:

"ABŞ hər il Alyansın ümumi hərbi xərclərinin yarıdan çoxunu təkbaşına qarşılayır. Donald Trampın mövqeyi təkcə NATO ilə də məhdudlaşmır. Onun təhlükəsizlik və müdafiə xərcləri ilə bağlı tələbləri qlobal miqyasda eyni məntiqlə formalaşıb. Tramp dəfələrlə bildirib ki, ABŞ dünyanın "təhlükəsizlik sponsoru" olmamalıdır. O, eyni ritorikanı Yaponiya, Cənubi Koreya kimi müttəfiq dövlətlərə qarşı da səsləndirib. Məsələn, Tramp bir neçə dəfə açıq şəkildə demişdi ki, ABŞ Yaponiyanı müdafiə edirsə, o ölkə də bunun əvəzində daha çox maliyyə öhdəliyi götürməlidir. Hətta Cənubi Koreyadan ABŞ-nin regiondakı hərbi bazalarının saxlanması üçün daha yüksək ödənişlər tələb etmişdi. Bu yanaşma prinsipcə doğrudur, amma mövzunun təhlükəli tərəfi də var. Məsələn, Almaniya və Yaponiyanın silahlanması ideyası tarixi baxımdan risklidir. Bu ölkələr 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ordularını məhdudlaşdırmaq və hərbi xərcləri azaltmaq məcburiyyətində qalmışdılar. Həmin məhdudiyyətlər təsadüfi deyildi. Çünki hər iki ölkə bir əsr ərzində iki dünya müharibəsinə səbəb olmuşdu və onların yenidən güclü hərbi qüvvəyə çevrilməsi qlobal təhlükəsizlik üçün həssas məsələdir".
Analitikə görə, indi vəziyyət dəyişir. Trampın təzyiqləri və qlobal siyasi gərginlik fonunda həm Almaniya, həm də Yaponiya öz müdafiə büdcələrini artırmağa başlayıblar:
"Siyasi mühitdə isə sağçı, milli yönümlü qüvvələrin təsiri artır. Bu da o deməkdir ki, hərbi gücün artması təkcə müdafiə məqsədi daşımaya bilər. Tarix göstərib ki, iqtisadi yüksəliş və milli özünəinamın artdığı dövrlərdə bəzi dövlətlər müdafiə konsepsiyasını asanlıqla aqressiv siyasətə çevirə bilirlər. Fikrimcə, Almaniya və Yaponiyanın silahlanması prosesi diqqətlə izlənilməlidir. Çünki bu, yalnız Vaşinqtonun yükünü azaltmaqla bitməyəcək. Balans pozularsa, on illərlə formalaşmış beynəlxalq sabitlik sistemi sarsıla bilər".
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya