Ədliyyə nazirinin müavini Tacikistanda forumda iştirak edib
10:22 05.11.2025
Sosial
305
Ədliyyə nazirinin müavini Mübariz Əhmədov və Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsində idarə rəisi Azər Cəfərov Hüququn Aliliyi üzrə Milli Forumda iştirak etmək üçün Tacikistana səfər edib.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinə baş çəkib, Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq xatirəsini anıb.
Daha sonra nümayəndə heyəti Hüququn Aliliyi üzrə Milli Forumda iştirak edib.
İnsan hüquqlarının müdafiəsi, mülki və sahibkarlıq sahəsində qanunvericilik, həmçinin cinayət hüququ siyasəti kimi mövzuları əhatə edən tədbirə Tacikistan, Rusiya, Qırğızıstan və Türkmənistan ədliyyə nazirliklərinin rəhbər şəxsləri, BMT-nin və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Forumun açılış mərasimində çıxış edən nazir müavini Mübariz Əhmədov Azərbaycan və Tacikistan arasında 2024-cü ildə imzalanmış “Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin iki ölkə arasında qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərini əhatə etdiyini vurğulayıb. Nazir müavini ötən il imzalanmış “Məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”un icra qurumları arasında əməkdaşlığa yeni imkanlar açacağını bildirib. Nazir müavini iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış “Əməkdaşlıq haqqında Saziş” çərçivəsində bir sıra konkret nəticələrə yönələn tədbirlərin, o cümlədən təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkil edildiyini qeyd edib. O, həmçinin ölkəmizdə ədliyyə sahəsində şəffaflığın, səmərəliliyin və əlçatanlığın artırılması, rəqəmsal transformasiyanın gücləndirilməsi məqsədilə görülmüş işlər barədə məlumat verib. Forumun beynəlxalq təcrübə mübadiləsinə, hüquqi dəyərlərin təşviqinə və dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Forum çərçivəsində Mübariz Əhmədov Tacikistan Respublikasının, eləcə də tədbirdə iştirak edən digər ölkələrin ədliyyə nazirliklərinin rəhbər şəxsləri ilə görüşlər keçirib, əməkdaşlıq perspektivlərini müzakirə edib.
Forum öz işini tematik sessiyalarla davam etdirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya