
Paşinyan “Böyük Ermənistan” ideyasından imtina edir - RƏY
06:16 06.11.2025
Gündəm
302
Seçkilərdə qalib gəlsə, onun növbəti addımı Türkiyə və İran istiqamətindəki sərhədlərdən Rusiya sərhədçilərinin çıxarılması olacaq
Ermənilərin Qarabağa qayıtması gündəliyini təhlükəli hesab edirəm. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Orbeli Forumu 2025”-də bildirib. Baş nazirin sözlərinə görə, bu mövzunun müzakirəsi keçmiş münaqişənin təməllərini bərpa edə və vəziyyəti münaqişənin ilkin mərhələsinə qaytara bilər.
Paşinyan qeyd edib ki, əvvəllər belə bir fikri ifadə etmək mümkün deyildi, amma indi özü bunu açıq şəkildə ifadə edir və "Dağlıq Qarabağ"dan köçkünlərin geri qayıtması gündəliyinin sülh quruculuğu səylərinə zərər verə biləcəyini vurğulayır: "Bəlkə də, bir-iki il əvvəl ağlasığmaz bir şey demişəm. Dağlıq Qarabağdan didərgin düşmüş bacı və qardaşlarımızın qayıtması gündəliyini sülh üçün zərərli hesab etdiyimi demişəm. Həmçinin demişəm ki, bu mövzu, məcburi köçkünlərin qayıtması gündəliyi ümumiyyətlə təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir". Baş nazir vurğulayıb ki, bu istiqamətdə atılan hər hansı bir addım və ya təşəbbüs regionda sabitliyin və sülhün gələcəyi üçün təhlükəli ola bilər.

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Ermənistan baş naziri "Qarabağsız Ermənistan" şüarı ilə seçkiyə gedir. Ekspert xatırladıb ki, Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannamə və sülh sənədinin paraflanması Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcını qoydu:
"ABŞ bu prosesdə Zəngəzur dəhlizini nəzarətə götürməklə Qərb və Şərqi birləşdirən Orta Dəhlizin əsas strateji xəttinə nəzarət etmək imkanı qazanır. Regionda sülh və təhlükəsizlik üçün əsas təhdid hələ də Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazasıdır. Həmçinin, Zəngəzur istiqamətində İran-Ermənistan sərhədini qoruyan Rusiyanın Federal Sərhəd Qoşunlarıdır. ABŞ, Türkiyə və Böyük Britaniyanın Cənubi Qafqaz strategiyasının əsas məqsədi bu hərbi kontingentin Ermənistandan çıxarılmasıdır. Bunun üçün Vaşinqton Paşinyanın siyasi mövqeyini gücləndirməyə yönəlmiş dəstək verir.
Ermənistan baş naziri artıq növbəti parlament seçkilərinə hazırlaşır və seçki kampaniyasını "Qarabağsız Ermənistan" şüarı üzərində qurur. Bu, Ermənistan müxalifəti üçün ciddi zərbə olmaqla yanaşı, bədnam "miatsum" ideologiyasının rəsmi şəkildə iflasıdır. Eyni zamanda Rusiyanın iki yüz illik "Qarabağ kartı"na vurulan mühüm zərbədir".
Analitik bəyan edib ki, Paşinyan "Real Ermənistan" konsepsiyasını önə çəkərək uydurma "böyük tarixi Ermənistan" ideyasından faktiki imtina edir:
"Əgər Paşinyan seçkilərdə qalib gələcəksə, onun növbəti addımı Türkiyə və İran istiqamətindəki sərhədlərdən Rusiya sərhədçilərinin çıxarılması olacaq. Daha sonra isə Gümrüdə yerləşən 102-ci hərbi bazanın bağlanması məsələsini gündəmə gətirməsi istisna deyil. Rusiya rəhbərliyi Paşinyanın seçkidən sonra atacağı bu addımları qabaqcadan təxmin edir. Buna görə də Moskva Ermənistanda Kilsə, ordu və müxalifət qüvvələrindən istifadə edərək Paşinyanı devirmək planları qurur. Öz növbəsində, Paşinyan da bu təzyiqlərə qarşı hücuma keçib və Rusiyanın siyasi təsir mexanizmlərini zəiflətməyə çalışır".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya