"Amazon Prime Air" şirkətinin reys üçün yola düşən "Boeing 767-300" yük təyyarəsinin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində azı beş nəfər həlak olub, daha beş nəfər yaralanıb.
"Report"un "ABC News"a istinadən məlumatına görə, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava xəbər verib.
Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.
"Puerto Rikodan yola düşən "Amazon Air"in yük təyyarəsinin Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində beş nəfər ölüb, daha beş nəfər yaralanıb", - o, mətbuat konfransında bildirib.
Hadisənin səbəbini Nəqliyyatda Milli Təhlükəsizlik Şurası araşdıracaq.